Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyevin evi ilə tanış olub

Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyevin evi ilə tanış olub

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanışlıq zamanı kənd sakini Oqtay Həziyevin evində oldu. Səkkiz nəfərlik bu ailə təhlükəli olmasına baxmayaraq, 1994-cü ilin aprelindən kənddə yaşayır və bütün məcburi köçkünlərə nümunə olmaqla yanaşı, əsl vətənpərvərlik və fədakarlıq göstərir. Birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.

Oqtay Həziyevin ailə üzvləri ilə söhbət edən Prezident İlham Əliyev dedi:

"Bu gün ölkəmizin həyatında əlamətdar gündür, tarixi bir gündür. Bu gün Cocuq Mərcanlı kəndinin bərpası günüdür. Mən sizi və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə təbrik edirəm.

Cocuq Mərcanlı kəndinin bərpası doğrudan da tarixi hadisədir. Siz - bu kənddə yaşayan insanlar bu kəndin tarixini yaxşı bilirsiniz. İndi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir, bütün dünya Cocuq Mərcanlını tanıyır. Bu kəndin Azərbaycan tarixində xüsusi yeri vardır. Siz yaxşı bilirsiniz ki, Cocuq Mərcanlı kəndi cəmi bir neçə ay erməni işğalı altında olub. Bu bir neçə ay ərzində erməni işğalçı qüvvələri kəndi tamamilə dağıtmışdılar, bütün binaları sökmüşdülər. Yəni, Cocuq Mərcanlı kəndi erməni vəhşiliyinin canlı şahididir. 1993-cü ilin dekabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilmiş uğurlu Horadiz hərbi əməliyyatı nəticəsində 20-dən çox kənd, o cümlədən Cocuq Mərcanlı kəndi, Horadiz qəsəbəsi, - bu gün Horadiz şəhəridir, - işğaldan azad olundu. Ancaq burada yaşamaq təhlükəli idi. Buna baxmayaraq, Həziyevlər ailəsi burada yaşayıb.

Keçən ilin aprelində erməni hərbi təxribatının qarşısını alarkən Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar Azərbaycan torpağını işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı azad edildi və bu gün on minlərlə hektar torpağa Azərbaycan Ordusu nəzarət edir. Lələtəpə yüksəkliyinin qaytarılması nəticəsində Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkün oldu. Mən keçən ilin sonlarında bu bölgədə, Lələtəpədə, işğaldan azad edilmiş torpaqlarda olarkən, hərbçilərlə görüşərkən maraqlandım ki, Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkündürmü, yoxsa yox. Mənə dedilər ki, mümkündür.

Bu ilin yanvar ayında müvafiq Sərəncam imzalandı, Prezidentin ehtiyat fondundan vəsait ayrıldı. Martın 22-dən başlayan tikinti işləri mayın 20-də başa çatdırılmışdır - cəmi iki aya. Yəni, bütün bu tikinti işləri sizin gözünüzün qabağında olub və bu, doğrudan da tarixi hadisədir. Cəmi 2 ay ərzində kəndin bir hissəsi bərpa edildi, birinci mərhələdə 50 ev, məktəb, tarixi Şuşa məscidinin bənzəri olan məscid tikilib, Horadizdən Cocuq Mərcanlıya yol çəkilib. Növbəti mərhələdə təqribən 100 əlavə ev, - bəlkə ondan da çox, - tibb məntəqəsi tikiləcək və iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Bax, Cocuq Mərcanlı kəndinin tarixi bundan ibarətdir, bu, doğrudan da şanlı tarixdir. İşğaldan əziyyət çəkən kənd bərpa olunubdur. Azərbaycan öz torpaqlarının bir hissəsini işğalçılardan azad etdi. Bu, doğrudan da tarixi hadisədir və əminəm ki, Cocuq Mərcanlı kəndinin gələcək həyatı uğurlu olacaq, xoşbəxt olacaq və kənd sakinləri buraya qayıdandan sonra həyat daha da canlanacaqdır.

Sabah Qurtuluş Günüdür. Biz Qurtuluş Gününün ərəfəsində görüşürük. Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsi idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində Azərbaycanda sabitlik bərpa edildi, inkişafa start verildi və bugünkü Azərbaycan dünya miqyasında seçilən ölkələrdən biridir. Təəssüf ki, ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk günlərindən Azərbaycanda rəhbərlikdə olmamışdır. Əgər olsaydı, bir qarış torpaq belə işğal altına düşməzdi. Əfsuslar olsun ki, müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik etmiş şəxslər zəiflik, qorxaqlıq göstərdilər. O ki qaldı, AXC-Müsavat cütlüyünün hakimiyyətinə, o, biabırçı dövr idi, xəyanətkar hakimiyyət torpaqlarımızı qoruya bilmədi.

Qurtuluş Günü bugünkü reallıqları şərtləndirən gündür. Təsəvvür edin, əgər ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərindən Azərbaycanda hakimiyyətdə olsaydı, biz özümüzü böyük bəlalardan qoruya bilərdik.

Ancaq işğala baxmayaraq, bu gün Azərbaycan inkişaf edir, güclənir, güclü iqtisadiyyat qurub, beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir. Biz hərbi sahədə böyük uğurlara nail olmuşuq, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha göstərdi. Biz bunu bilirdik, Azərbaycan ictimaiyyəti də bilirdi. Ancaq aprel döyüşləri bunu əyani şəkildə bütün dünyaya və düşmənə göstərdi ki, bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır, buna qadirdir.

Cocuq Mərcanlı kəndi artıq sizin adınızla bağlıdır. Kəndi sizdən ayırmaq mümkün deyil, sizi də kənddən. Siz bunu sübut etmisiniz. Mən maraqlanmışam, bilirəm ki, siz başqa yerdə yaşaya bilməmisiniz və müəyyən müddətdən sonra kəndə qayıtmısınız. Yenidən burada həyat qurmusunuz, kəndə nəfəs vermisiniz, böyük təsərrüfat yaratmısınız və öz doğma torpağınızda həyatınızı riskə qoyaraq təhlükə altında yaşamışınız. Bütün bu çətinliklərə, risklərə baxmayaraq, burada güllə altında, mərmi altında yaşamısınız, qurmusunuz və vətənpərvərlik nümunəsi göstərmisiniz. Göstərmisiniz ki, Azərbaycan xalqı öz torpağına canı, qanı ilə bağlıdır. Göstərmisiniz ki, Azərbaycan vətəndaşı istənilən şəraitdə öz torpağında yaşayır, qurur, yaradır, hətta təhlükə altında. Yəni, bir gün yox, bir həftə yox, hər gün gecə-gündüz təhlükə altında 20 ildən çox yaşamısınız. Buna görə sizinlə bütün Azərbaycan xalqı fəxr edir. Siz ən yüksək qiymətə layiqsiniz. Mən sizinlə fəxr edirəm.

Bilirsiniz ki, bir neçə ay bundan əvvəl mənim göstərişimlə Azərbaycanda dövlət ordenləri sırasına yeni orden də əlavə olundu – “Əmək” ordeni. Bu qərar ona görə qəbul edildi ki, bu gün biz zəhmətkeşləri gərək xüsusi fərqləndirək, mükafatlandıraq. “Əmək” ordeninin 3 dərəcəsi var və bu ordeni təsis edərkən mən fikirləşirdim ki, birinci ordeni kimə verim. Amma çox fikirləşmədim və qərara gəldim ki, birinci ordeni Həziyev ailəsinin başçısı olan Oqtay Həziyevə verim. Sən buna layiqsən və hesab edirəm, tam ədalətlidir ki, birinci “Əmək” ordeni və birinci dərəcəli orden Oqtay Həziyevə verilir".

Sonra doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin imzaladığı Sərəncam oxundu.

Dövlətimizin başçısı birinci dərəcəli “Əmək” ordenini və evin orderini Oqtay Həziyevə təqdim etdi.

Oqtay Həziyev dedi: "Çox sağ olun, cənab Prezident. Allah canınızı sağ eləsin. Biz Sizə minnətdarıq.

Cənab Prezident, icazə verin, bizim ailəyə göstərdiyiniz diqqətə və qayğıya, mənə verdiyiniz yüksək dəyərli ordenə görə Sizə öz adımdan, ailə üzvlərimin və yaxınlarımın adından dərin təşəkkürümü bildirim. Çox sağ olun, cənab Prezident.

Ulu Öndərimizə Allahdan rəhmət diləyirik. Siz çox gözəl qeyd etdiniz, bu müharibənin əzabını yaşayan bir insan kimi bilirdik ki, əgər Ulu Öndərimiz əzəldən bu hakimiyyətdə olsaydı, biz bu torpaqlardan heç vaxt getməzdik. Allah Sizin canınızı sağ eləsin. Biz Sizin komandanlığınız altında Lələtəpə yüksəkliyinin işğaldan azad olunmasının canlı şahidiyik. Maşallah, indi bizim çox qüdrətli Ordumuz var. Təməli Ulu Öndərimiz tərəfindən qoyulan ordumuzu Ali Baş Komandan kimi Siz əvəzi olmayan bir orduya çevirmisiniz. Yəni, bunu mən birmənalı olaraq öz gözümlə görmüşəm. İndi mən bilmirəm o ermənilər nəyə arxalanırlar. Məgər onlar görmürlər ki, Azərbaycan dövlətinin İlham Əliyev kimi Prezidenti və onun komandanlığı altında güclü ordusu var.

Çox sağ olun, cənab Prezident. Qısa müddətdə bizə belə gözəl həyat bəxş etmisiniz. Bizim kənddə heç zaman məscid, qaz, internet olmayıb. Bizə bunların hamısını Siz bəxş etmisiniz. Biz Sizə Allahdan cansağlığı, uzun ömür diləyirik.

Biz bu fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanımı bir daha təbrik edirik. Mehriban xanım bu vəzifəyə layiq insandır. İnanırıq ki, cənab Prezident, Siz Mehriban xanımla bərabər işğal altında olan bütün ərazilərimizi azad edəcəksiniz, Azərbaycanın hər bir guşəsində belə gözəllikləri yaradacaqsınız".

Prezident İlham Əliyev: "Burada bütün şərait yaradılıb. Qohumlarınız, qonşularınız da qayıdacaqlar.

Bu gün Lələtəpədə və işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq.

İşğal böyük ədalətsizlikdir, beynəlxalq qanunların pozulması deməkdir. Ancaq əfsuslar olsun ki, dünyada ikili standartlar mövcuddur. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, erməni silahlı qüvvələri Azərbaycanın işğal edilmiş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxsın. Ermənistan buna əməl etmir. Bu qətnamələri qəbul edənlər də Ermənistanı məcbur etmir ki, o, buna əməl etsin. Bax, problem bundan ibarətdir.

Ancaq biz ölkəmizi böyük dərəcədə gücləndirmişik. Bir daha deyirəm, əgər müstəqilliyimizin ilk illərində Ulu Öndər ölkəmizdə hakimiyyətdə olsaydı, heç bir problem yaşanmazdı. Ermənilər Naxçıvanı da işğal etməyə çalışırdılar. Ancaq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə orada bütün müdafiə tədbirləri quruldu və düşmən yerinə oturduldu. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi ölkə miqyasında müdafiə məsələlərini düzgün təşkil edə bilmədi və torpaqlarımız işğal altına düşdü. Ancaq biz ölkəmizi, Ordumuzu gücləndiririk və ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bax, bu kənd – Cocuq Mərcanlı bunu əyani şəkildə sübut edir və təsdiqləyir".

Oqtay Həziyev: "Çox sağ olun, cənab Prezident, Sizə minnətdarıq. Allah Sizi qorusun. Bu, qardaşımdır, o da həyat yoldaşımdır".

Əli Həsənov: "Heyvandarlıqla məşğuldurlar, öz təsərrüfatları, 600 baş qoyunu, 70-80 baş inəyi və 20 arı ailəsi var".

Prezident İlham Əliyev: "Dolanışığınız yaxşıdır?"

Əli Həsənov: "70 hektarda taxıl, arpa əkir. Demək, yalnız çaya, qəndə, bir də paltara pul verirlər. Qalan şeyə pul vermirlər".

Prezident İlham Əliyev: "Eşitmişəm ki, orduya da kömək göstərirsiniz".

Əli Həsənov: "Bəli, elədir. Çox gözəl ailədir, hamısı da sağlam, göz dəyməsin, ana 83 yaşındadır".

Prezident İlham Əliyev: "Çox yaxşı. İndi məktəb də olacaq, uşaqlar burada oxuyacaqlar. Tezliklə tibb məntəqəsi də tikilməlidir. İş yerləri də açılır. Mən xüsusi göstəriş vermişəm ki, dövlət qurumları burada iş yerləri açsınlar. Çünki buraya qayıdacaq vətəndaşlar gərək işləsinlər".

Əli Həsənov: “Azərişıq” 35/10 kilovatlıq böyük yarımstansiya tikibdir. “Azəravtoyol” Cəbrayıl rayonunun ləğv olunmuş avtomobil yolları idarəsini bərpa edib, böyük gözəl bir bina tikib, artıq hazırdır. Daxili İşlər Nazirliyi polis idarəsi üçün bina tikibdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün rabitə-kommunikasiya xidməti üçün yer götürüb, bina tikir. Bütün nazirliklər məşğuldur".

Prezident İlham Əliyev: "Biz tezliklə növbəti tikinti işlərinə də start verməliyik".

Əli Həsənov: "Artıq yüz ailəlik layihə işləri gedir və tezliklə o da tamamlanacaqdır".

Prezident İlham Əliyev: "Bir daha sizi təbrik edirəm".

Oqtay Həziyev: "Çox sağ olun, cənab Prezident".

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Kapital Bank yeni “Kliklə ödə” xidmətini təqdim edib
Kapital Bank yeni “Kliklə ödə” xidmətini təqdim edib
Xarici valyutaların manata qarşı məzənnələri
Xarici valyutaların manata qarşı məzənnələri
Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır
Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır
Loading Bars
Xəbər lenti
Rusiya və Çin hərbi blok yaratmır - Putin
Türkiyədə son sutkada koronavirusdan 29 160 nəfər sağalıb
Azərbaycan əhalisi benzin və dizelə 2 milyard manata yaxın pul xərcləyib
İranla Azərbaycan arasındakı gərginlik dövlətimizin haqlı olduğunu sübuta yetirdi - ŞƏRH
Zığ şosesi yaxınlığında ağaclıq ərazi yanıb
Azad olunan ərazilərə ceyranlar nə vaxt buraxılacaq? - RƏSMİ
Rumıniya prezidenti yeni hökumətin formalaşdırılmasını müdafiə nazirinə tapşırıb
Hərbi Liseydə şəhid məzunların xatirəsi anılıb (FOTO/VİDEO)
Rusiya Azərbaycanda işgüzar fəaliyyətini genişləndirməkdə maraqlıdır - Zaxarova
Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib
Aİ nümayəndəliyinin rəhbəri post-müharibə dövründə Azərbaycana maliyyə dəstəyi barədə danışıb
Kamran Əliyev yenidən Beynəlxalq Prokurorlar Assosiasiyasının Vitse-prezidenti seçilib (FOTO)
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlər üçün imtahan keçiriləcək
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Zəngilan səfərindən görüntü paylaşıb (VİDEO)
Onlayn narkotik satan narkomafiyaya hökm oxundu
Türkiyə hərbçisi antiterror əməliyyatında həlak olub
Oktyabrın 22-nə USD/AZN rəsmi məzənnəsi
3 rayona yeni prokuror təyin edildi
Qanunsuz ov edən ərəblər saxlanıldı
Abşeronda 4 şəhidin il mərasimi keçirilib (FOTO)
ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərcləri açıqlayıb
İspaniyada püskürən vulkan 2 mindən çox tikiliyə ziyan vurub
Prokurorluq Xaçmazda məktəblinin ölümü ilə bağlı araşdırmalara başladı
Könül Nurullayeva MDB Gənclər Parlamentlərarası Assambleyasında Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən danışıb (FOTO)
Hərbi Akademiyada beynәlxalq elmi-praktik konfrans keçirilir (FOTO)
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni SİYAHISINI açıqlayıb
Direktor müavini olmaq istəyənlər üçün əlavə müsahibə keçirilir
Sabah külək əsəcək
Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu keçdi
Azərbaycanda 2 005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb
BDU və MDU-nun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib (FOTO)
“Tut əlimdən”: bu dəfə şəhid Rəhim Hüseynovun övladları ilə nazir müavini yaddaqalan gün keçirdi (FOTO)
"Gənclik" metrostansiyası bu gün gücləndirilmiş rejimə keçir
Bakıda Macarıstan Universiteti Forumu çərçivəsində məzunların görüşü olub
Azərbaycanın icmal büdcəsinin gəlirləri 23 milyard manatdan çox olub
Bu ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri nə qədər olub? - HESABAT
Buster doza ilə peyvəndləmə xüsusilə risk qrupuna aid olan vətəndaşlar üçün vacibdir
Azərbaycan və Qazaxıstan arasında Əməkdaşlıq Memorandumu imzalanıb
2021-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin gəlirləri AÇIQLANDI
Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək
Sosial iş yerlərində və özünüməşğulluqda, habelə peşə hazırlığının təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək - QANUN
Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra investorların bura marağı daha da artıb - İBF-in vitse-prezidenti (VİDEO)
"Memar Əcəmi" metrostansiyasında koronavirus xəstəsi saxlanılıb (FOTO)
Konqoda 160-dan çox uşaq naməlum xəstəlikdən ölüb
Vaxt keçdikcə COVİD-19-un fərqli növlərini görəcəyik, vaksinasiya sürətləndirilməlidir - İnfeksionist
Kaspersky dünya üzrə kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb (FOTO)
UNEC rektoru Prezident təqaüdçüləri ilə görüşüb (FOTO)
Lökbatan qəsəbəsində Vətən müharibəsinin şəhidləri anılıb (FOTO)
İranda 178 nəfər koronavirusdan ölüb
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “YAŞAT” arasında memorandum imzalanıb (FOTO)
Baş Prokurorluq qətlə yetirilən 10 yaşlı Nərminin qan uyğunsuzluğu məsələsini aydınlıq gətirdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Delta plyus” ikiqat mutasiya olunub, daha tez yayılır - TƏBİB-dən XƏBƏRDARLIQ
Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin qərarı dəyişməyib - Ərdoğan
Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi
ADU-nun rektoru Kamal Abdulla ingilis professorları ilə görüşüb
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
“Texnomart” mağazalar şəbəkəsi rebrendinq edib (FOTO)
BDU və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib (FOTO)
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb (FOTO)
AzMİU-da “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESİAC2021” mövzusunda beynəlxalq konfrans keçirilib
Azərbaycandan Gürcüstana 3,2 milyon tondan çox neft nəql olunub
BNA sərnişinlərin ən çox şikayət etdiyi daşıyıcı şirkətlərin adlarını açıqlayıb (SİYAHI)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Göyçayda keçirilib (FOTO)
Vahid Ələkbərov Yelo Bankın yeni baş ofisinin açılışında iştirak etdi (FOTO)
Səbaildə tarixi binaların üzərindəki havalandırma boruları sökülür (FOTO)
Cərrahiyyə əməliyyatından sonra ürəkbulanma və qusmaya səbəb nədir?
Bakıda daha bir küçə təmir olunub (FOTO)
Türk Dünyası (turkic.world) layihəsi informasiya tələbatına cavab verir - Türkiyə Prezidentinin baş müşaviri
Bərdə doğum evində ana ölüb
Bank Respublika üçüncü rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib
"Bavariya"nın baş məşqçisi koronavirusa yoluxub
Prezident İlham Əliyev: Şəhid olmuş hər bir insan Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhriyar Məmmədyarovun atası ilə səmimi söhbət ediblər
Prezident İlham Əliyev: Xalqımız işğal dövründə öz doğma torpaqlarını unutmadı
Prezident İlham Əliyev: Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək
Şəkidə nar ağaclarında zərərvericilər aşkarlanıb
Gələn həftə Azərbaycan və Türkiyənin hakim partiyaları arasında iclas keçiriləcək
Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttinin ilkin konseptual layihəsi hazırlanıb (FOTO)
Bitum məhsullarına dair dövlət standartları təsdiq edilib
Hər bir ölkənin gücünü müəyyən edən əsas amil milli həmrəylikdir - Tahir Budaqov (FOTO)
“Azərpoçt” yeni layihəyə başlayır
Kapital Bank yeni “Kliklə ödə” xidmətini təqdim edib
Qarabağa qanunsuz yük daşımaya görə saxlanılan iki İran vətəndaşı ölkələrinə qaytarılıb
Zakir Həsənov Kəlbəcər və Laçında hərbi hissələrin qışa hazırlığını yoxlayıb (FOTO/VİDEO)
Bakıda 1722 manata kirayə mənzillər verilir
Xarici valyutaların manata qarşı məzənnələri
Britaniya Səhiyyə Nazirliyi koronavirusun yeni ştammını təhlükəli hesab etmir
Kriştiano Ronaldo Çempionlar Liqasında unikal rekorda imza atıb
Çində partlayış olub, ölən və yaralananlar var
Tramp özünün sosial şəbəkəsinin fəaliyyətə başlayacağını açıqlayıb
"Netflix"in işində fasilələr yaranıb
Türkiyədə zəlzələ baş verib
ABŞ-da "Moderna" və "J&J" peyvəndlərinin 3-cu dozasının vurdurlmasına icazə verilib
Mingəçevir Dövlət Universitetində Energetiklər Günü qeyd olunub (FOTO)
Hindistan İran, Pakistan və Əfqanıstandan gələn yüklərdən imtina edib
Çempionlar Liqası: "Mançester Yunayted" "Atalanta"nı məğlub edib
ÜST təcili istifadə üçün "Sputnik V" peyvəndinin təsdiq prosedurunu bərpa edib
Zəfər xronikası 21 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 21 oktyabr
Bütün xəbərlər