...

Prezident İlham Əliyev Almaniya Kansleri Angela Merkelə başsağlığı verib

Siyasət Materials 17 İyun 2017 14:26
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federal Kansleri Angela Merkelə başsağlığı verib.
Prezident İlham Əliyev Almaniya Kansleri Angela Merkelə başsağlığı verib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federal Kansleri Angela Merkelə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli xanım Federal Kansler, Almaniya Federativ Respublikasının keçmiş Federal Kansleri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Helmut Kolun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti