...

AŞPA Ermənistanın atəşi nəticəsində həlak olan azərbaycanlıların ailələrinə başsağlığı verib

Siyasət Materials 7 İyul 2017 15:48 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində zorakılığın qeydə alınması ilə bağlı narahatlığını bildirir.
AŞPA Ermənistanın atəşi nəticəsində həlak olan azərbaycanlıların ailələrinə başsağlığı verib

Bakı. Yelena Kosolapova - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində zorakılığın qeydə alınması ilə bağlı narahatlığını bildirir.

Trend-in məlumatına görə, bu barədə AŞPA-nın bəyanatında deyilir.

Həmməruzəçilər hadisə nəticəsində qurbanların olması ilə bağlı təəssüfləndiyini ifadə edib və həlak olanların yaxınlarına başsağlığı bildirib.

Bəyanatda qeyd olunur ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Ştefan Şennax (Avstriya) və Çezar Preda (Rumıniya) Ermənistan üzrə həmməruzəçilər Alan Mel (Böyük Britaniya) və Cuzeppe Qalati (İtaliya) ilə birgə tərəfləri atəşkəs rejiminə əməl etməyə və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar masasına qayıtmağa çağırıb.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti