...

Özbəkistan səfiri ermənilərin təxribat törətdiyi Alxanlı kəndinə səfər edəcək (YENİLƏNİB)

Siyasət Materials 18 İyul 2017 11:09 (UTC +04:00)
Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev və səfirliyin bir qrup əməkdaşı Füzuli rayonunun Alxanlı kəndinə səfər edəcək.
Özbəkistan səfiri ermənilərin təxribat törətdiyi Alxanlı kəndinə səfər edəcək (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev və səfirliyin bir qrup əməkdaşı Füzuli rayonunun Alxanlı kəndinə səfər edəcək.

Trend-in məlumatına görə, səfər çərçivəsində səfir iyulun 4-də erməni hərbi birləşmələrinin Alxanlı kəndində dinc sakinləri atəşə tutması nəticəsində həlak olan 2016-cı il təvəllüdlü Zəhra Quliyeva və nənəsi, 1966-cı il təvəllüdlü Sahibə Quliyevanın məzarlarını ziyarət edəcək. Nümayəndə heyəti, həmçinin Zəhra Quliyevanın ailə üzvləri ilə görüşəcək, hadisənin baş verdiyi əraziyə baxış keçirəcək.

Səfər çərçivəsində Ş.Fayziyev hadisə nəticəsində ağır yaralanan Alxanlı kənd sakini, 1965-ci il təvəllüdlü Sərvinaz Quliyevanın müalicə olunduğu Horadiz şəhər Xəstəxanasında yaralının vəziyyəti ilə maraqlanacaq.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti