...

Rəşid Meredov: Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli formatda əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdırlar

Siyasət Materials 19 İyul 2017 13:30 (UTC +04:00)
Azərbaycan, Türkmənistan və Türkiyənin üçtərəfli formatda sıx əməkdaşlığı inkişaf etdirmək üçün böyük istəkləri var.
Rəşid Meredov: Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli formatda əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdırlar

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan, Türkmənistan və Türkiyənin üçtərəfli formatda sıx əməkdaşlığı inkişaf etdirmək üçün böyük istəkləri var.

Trend-in məlumatına görə, bunu Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə brifinqdə deyib.

Nazir qeyd edib ki, tərəflər, xüsusilə siyasi, enerji, ticarət və mədəniyyət sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətlərini ifadə ediblər:

"Bu gün bizim əsas məqsədimiz Azərbaycan, Türkmənistan və Türkiyə dövlət başçılarının sammitinə hazırlıqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti