...

Məmmədyarov: Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammitinə hazırlıq görülür (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 6 Sentyabr 2017 12:32 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri dövlət başçılarının sammitini hazırlamaq barədə razılıq əldə edib.
Məmmədyarov: Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammitinə hazırlıq görülür (FOTO) (YENİLƏNİB)

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri dövlət başçılarının sammitini hazırlamaq barədə razılıq əldə edib.

Trend-in məlumatına görə, bunu brifinq zamanı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, ölkələr həmçinin, gələcək əməkdaşlığın yol xəritəsini hazırlamaq barədə də razılığa gəlib.

E.Məmmədyarov həmçinin əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bu ilin sonunadək başa çatacaq və nəticədə əməkdaşlıq üçün böyük imkanlar yaranacaq.

Nazir deyib: “Bu layihəyə tələbat var. Bundan başqa, hər üç ölkə digər növ – dəniz və magistral yük daşımalarını da işə salmaq niyyətindədir”.

Qeyd edək ki, Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilir. Görüşün gündəliyinə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, regional layihələrin həyata keçirilməsi və digər məsələlər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti