...

Siyavuş Novruzov: Azərbaycan o ölkələrdən deyil ki, saxta informasiyalarla yolundan döndərmək mümkün olsun

Siyasət Materials 7 Sentyabr 2017 08:10 (UTC +04:00)
Azərbaycana qarşı qarayaxma kampaniyasının əsasında Azərbaycan dövlətinin heç bir xarici gücə boyun əyməməsi, müstəqil siyasət aparması durur.
Siyavuş Novruzov: Azərbaycan o ölkələrdən deyil ki, saxta informasiyalarla yolundan döndərmək mümkün olsun

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycana qarşı qarayaxma kampaniyasının əsasında Azərbaycan dövlətinin heç bir xarici gücə boyun əyməməsi, müstəqil siyasət aparması durur.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov OCCRP adlanan qurumun (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) “hesabat”ı və bu “hesabat” əsasında bəzi xarici KİV-də yayılmış materiallarla bağlı açıqlamasında deyib.

S.Novruzov bildirib ki, Azərbaycan iqtidarının müstəqil daxili və xarici siyasət aparmasını, Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artmasını antiazərbaycan dairələrin gözü götürmür.

Deputat hesab edir ki, Azərbaycanda məqsədlərinə çata bilməyən C.Sorosun bu işdə dəsti-xətti aydın görünür: “Araşdırmalar göstərir ki, Azərbaycana qarşı belə əsassız iddiaların ortaya çıxmasında və yayılmasında erməni lobbisi və onun təsiri altında olan media və jurnalistlər xüsusi fəallıq göstərirlər. Məsələn, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Əgər OCCRP həqiqətən də korrupsiya faktlarını araşdıran bir şəbəkədirsə, niyə erməni lobbisinin satın aldığı siyasətçilər, ekspertlər barədə heç nə yazmır?”.

S.Novruzov vurğulayıb ki, bütün bunlar onu göstərir ki, OCCRP saxta qurumdur və Azərbaycana düşmən münasibəti ilə seçilən dairələrin ölkəmizə qarşı informasiya müharibəsində bir alətdir:

“Ancaq siyasi hoqqabaz Corc Soros və onun arxasında duran dairələr də yaxşı anlayırlar ki, bütün səyləri əbəsdir. Azərbaycan o ölkələrdən deyil ki, feyk informasiyalarla onu çaşdırmaq, boyun əyməyə məcbur etmək mümkün olsun. Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial, düşünülmüş, qətiyyətli siyasətin əsasını Azərbaycan xalqının milli maraqları təşkil edir və heç bir avantüra, qarayaxma kampaniyası, təzyiq cəhdi Azərbaycanı öz yolundan döndərmək iqtidarında deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti