Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda bir sıra siyasi partiyalar boş hesabat verirlər, bir sıra partiyalar isə ümumiyyətlə, hesabat vermirlər. Bu partiyalar barəsində məsələ hüquqi yolla tənzimlənməlidir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün keçirilən plenar iclasda deyib.
S.Novruzov bildirib ki, bu məsələ ilə bağlı “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməlidir: “Bu məsələni bir neçə dəfə qaldırmışam. Hesabat verməyən siyasi partiyalarla bağlı tədbir görülməlidir. Azərbaycanda siyasi partiyalar illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edirlər. Bəzi partiyalar maliyyə hesabatlarını düzgün göstərmirlər”.
Millət vəkili deyib ki, həmin partiyalar maliyyənin mənbəyini göstərməlidirlər.