...

Sumqayıt Dövlət Universitetinin əməkdaşları fəxri ad və medalla təltif edilib (YENİLƏNİB)

Siyasət Materials 2 Noyabr 2017 17:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sumqayıt Dövlət Universitetinin əməkdaşları fəxri ad və medalla təltif edilib (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Ağayev Ulduz Xeyrulla oğlu

Hüseynov Aqil Həmid oğlu

Hüseynov Qalib Sirac oğlu

İsgəndərova Nigar Vəliş qızı

Mustafayev Musa Musa oğlu

Mustafayev Valeh Azad oğlu

Talıbov Natiq Həsən oğlu.

Eyni zamanda Prezident İlham Əliyev Sumqayıt Dövlət Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilsin:

Əhmədova Tamella Əhməd qızı

Məmmədli Bəhram İdris oğlu

Məmmədov Əkbər Comard oğlu

Məmmədov Ramazan Salam oğlu

Nağıyev Əli Həsən oğlu

Pənahəliyeva Məlahət Ömər qızı

Səmədov Muxtar Məmməd oğlu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti