...

Şərq Tərəfdaşlığı Sammitində birgə bəyannamə qəbul edilib

Siyasət Materials 24 Noyabr 2017 16:48 (UTC +04:00)
Bu gün Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində birgə bəyannamə qəbul edilib.
Şərq Tərəfdaşlığı Sammitində birgə bəyannamə qəbul edilib

Bakı. Trend:

Bu gün Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində birgə bəyannamə qəbul edilib.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Mayya Kosyançiç "Tvitter"dəki səhifəsində yazıb.

Şərq Tərəfdaşlığı Polşa və İsveçin Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Şərq Tərəfdaşlığı Avropa İttifaqının altı qonşu ölkəsini - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhatə edir.

Budəfəki Sammitdə Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və ya hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə ediblər. Onlar, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, Riqa Sammitindən sonrakı nailiyyətləri qiymətləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti