...

Elmar Məmmədyarov: XİN rəhbərlərinin növbəti üçtərəfli görüşünə özəl sektordan nümayəndələr dəvət olunacaq (YENİLƏNİB)

Siyasət Materials 20 Dekabr 2017 12:08 (UTC +04:00)
"Biz razılığa gəlmişik ki, bu formatda görüşləri davam etdirək və əməkdaşlığı daha da genişləndirək".
Elmar Məmmədyarov: XİN rəhbərlərinin növbəti üçtərəfli görüşünə özəl sektordan nümayəndələr dəvət olunacaq (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev – Trend:

"Biz razılığa gəlmişik ki, bu formatda görüşləri davam etdirək və əməkdaşlığı daha da genişləndirək, enerji, nəqliyyat, turizm və digər sahələrdəki potensialdan daha geniş istifadə edək".

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

XİN rəhbəri bildirib: "Biz Fələstin-İsrail münaqişəsini də müzakirə etdik. Bilirsiniz ki, bu məsələ ilə bağlı sabah BMT Baş Assambleyasında sənəd qəbul olunacaq. Biz həmin sənədin lehinə səs verəcəyik. Qüdslə bağlı Azərbaycanın mövqeyi Prezident İlham Əliyev tərəfindən İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən Zirvə toplantısında səsləndirilib. Biz bu mövqedə qalırıq".

Enerji sahəsində əməkdaşlığa toxunan E.Məmmədyarov vurğulayıb ki, gələn il TANAP boru kəməri istifadəyə veriləcək:

"Azərbaycanla İran arasında enerji sahəsində əməkdaşlıq gündən-günə artır. Bundan əlavə, üç ölkə arasında elektrik enerjisi mübadiləsi genişləndirilir. İstanbulda keçiriləcək növbəti görüşümüzə özəl sektordan, o cümlədən iqtisadi sektordan nümayəndələri dəvət edib əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti