Altay Həsənov: Mehriban Əliyeva AGF-nin prezidenti seçildikdən sonra gimnastika növlərinin inkişafı üçün çox böyük işlər görülüb

Altay Həsənov: Mehriban Əliyeva AGF-nin prezidenti seçildikdən sonra gimnastika növlərinin inkişafı üçün çox böyük işlər görülüb

Bakı. Maksim Tsurkov - Trend:

Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasına (AGF) prezident seçildikdən sonra gimnastika növlərinin inkişafı üçün çox böyük işlər görülüb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov AGF-nin 15 illik yubileyinə həsr olunmuş 8-ci Ümumi Yığıncaqda 2017-ci il üzrə hesabatı, о cümlədən yubileylə əlaqədar 15 il üzrə hesabatı təqdim edərkən deyib.

Bu il federasiyanın 15 illik yubileyinin qeyd edildiyini bildirən A.Həsənov vurğulayıb ki, 2002-ci ildə AGF yenidən qurulduqdan və hazırda ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva AGF-yə prezident seçildikdən sonra gimnastika növlərinin inkişafı məqsədilə qarşıya qoyulan planları həyata keçirmək üçün çox böyük işlər görülüb.

AGF-nin vitse-prezidenti ötən 15 ilin əsas məqamına toxunub: “Əgər ilk illərdə federasiyanın fəaliyyəti özündə 3 gimnastika növünü - bədii gimnastika, kişi idman gimnastikası və akrobatika gimnastikasını birləşdirirdisə, bu gün fəaliyyətimizə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən tanınan gimnastikanın daha üç yarış növü - qadın idman gimnastikası, batut gimnastikası, aerobika gimnastikası və 1 qeyri-yarış növü olan “Gimnastika hamı üçün” daxildir”.

A.Həsənov Bakıda bədii gimnastika üzrə ilk Dünya Kubokunun 2003-cü ildə keçirildiyini xatırladıb: “Sonra 2004 və 2005-ci illərdə daha iki Dünya Kuboku və müstəqil Azərbaycanın tarixində və ümumiyyətlə, keçmiş sovet dövlətləri ərazisində ilk dəfə olaraq dünya çempionatını təşkil etdik. Bədii gimnastika üzrə Avropa çempionatlarını ölkəmizdə 2007, 2009 və 2014-cü illərdə keçirdik. 2013-cü ilin sonundan daha 4 gimnastika növünü inkişaf etdirməyə başladıqdan sonra 2016-cı ildən etibarən 3 Olimpiya növü üzrə Dünya Kuboku yarışlarına iki il ardıcıl olaraq ev sahibliyi etdik. Bu il təşkil olunan İslam Həmrəyliyi Oyunları çərçivəsində 3 gimnastika növü üzrə yarışlar AGF tərəfindən və onun Yerli Təşkilat Komitəsi tərəfindən idarə olundu. Keçirilən hər bir yarışla təcrübəmiz artdı, yarışların keçirilmə səviyyəsi yüksəldi və artıq yarış iştirakçıları ölkəmizi tərk etdikdən sonra uzun müddət bizim yarışları, Bakıda keçirdikləri günləri xoş xatirələrlə yada salır”.

AGF-nin vitse-prezidenti bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Olimpiya Oyunlarının gimnastika növləri üzrə yarışlardan ilk dəfə bədii gimnastika yarışlarında 2004-cü ilin Afinada keçirilən Olimpiya Oyunlarında gimnast Anna Qurbanova ilə təmsil olunub: “Daha sonra 2008-ci ilin Çində təşkil olunan Olimpiya Oyunlarında artıq fərdi proqramda çıxış edən və çoxnövçülük finalında 6-cı yeri qazanan Aliyə Qarayeva ilə yanaşı, qrup hərəkətləri komandası da debüt etdi və çoxnövçülük finalında 7-ci yerdə qərarlaşdı. 2012-ci ilin London Olimpiadasında bədii gimnast Aliyə Qarayeva ilə yanaşı, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin gimnastika tarixində ilk dəfə olaraq, gimnast Şakir Şixəliyev Londonda baş tutan Olimpiya Oyunlarının idman gimnastikası üzrə yarışlarında iştirak etdi. Rio-2016 Olimpiya Oyunlarında bədii gimnastikada Azərbaycanı Marina Durunda təmsil edərək dünyanın 10 ən güclü idmançısı sırasında çoxnövçülük finalında çıxış etdi. Həmin Oyunlarda Azərbaycanın kişi idman gimnastikası tarixində ilk dəfə olaraq ölkəmizi 2 gimnast - Oleq Stepko və Petro Paxnyuk təmsil etdilər. Oleq Stepko ölkənin kişi idman gimnastikası tarixində ilk dəfə olaraq Rio Olimpiadasının çoxnövçülük finalında 24 ən güclü idmançı ilə bərabər iştirak etmək hüququ qazandı.

Bu illər ərzində bədii gimnastikada Azərbaycan idmançısı Aliyə Qarayeva Avropa çempionu adını qazandı, gimnastlarımız fərdi proqramın ayrı-ayrı alətlər üzrə finalında, çoxnövçülükdə və komanda hesabında böyüklər arasında Avropa və dünya çempionatlarının medalçıları sırasında oldular. 2014-cü ildə Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevadan ibarət qrup hərəkətləri komandamız ilk dəfə olaraq Avropa çempionatının gümüş medalına layiq görüldü, gimnast Marina Durunda 2015-ci ilin Avropa çempionatında bürünc medal, daha sonra isə İlk Avropa Oyunlarında gümüş medal qazandı. Bu il Bakıda ev sahibliyi etdiyimiz İslam Həmrəyliyi Oyunlarında gimnastlar Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova komanda hesabında qızıl, Marina Durunda, Jalə Piriyeva isə ayrı-ayrı alətlər üzrə finallarda ümumilikdə daha 7 medal qazandı”.

Gənc idmançılara gəlincə, A.Həsənov qeyd edib ki, gənclərdən ibarət yığma komandamız həm fərdi, həm də qrup hərəkətləri komandası tərkibində 2009-cu ildən etibarən 6 il ardıcıl olaraq Avropa çempionatlarından medallarla qayıtdı: “Kişi idman gimnastikasında İlk Avropa Oyunları çərçivəsində keçirilən yarışlarda 5 medal əldə olundu. 2015-ci ilin dünya çempionatında müstəqil Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq gimnast Oleq Stepko paralel qollar üzərində final hərəkətlərə görə bürünc medal qazandı. 2016-cı ildə Azərbaycanın kişi idman gimnastikası tarixində ilk dəfə olaraq ölkəmiz Avropa çempionatında gənclər arasında komanda hesabı yarışlarında iştirak etdi. Builki İslam Həmrəyliyi Oyunlarının kişi idman gimnastikası üzrə yarışlarında Murad Ağarzayev, Timur Bayramov və Bense Talas komanda hesabında gümüş, ayrı-ayrı alətlər üzrə finallarda isə ümumilikdə 5 medal qazandılar”.

Onun sözlərinə görə, qadın idman gimnastikası 2013-cü ilin sonundan inkişaf etdirilsə də, 2014-cü ildə Azərbaycan yığma komandasının debüt etdiyi qadın idman gimnastikası üzrə Avropa çempionatında ölkə təmsilçisi Anna Pavlova dayaqlı tullanma hərəkətlərinin finalında gümüş medal qazandı: “Son dörd il ərzində gimnastlarımız Marina Nekrasova, Kristina Pravdina, Yuliya İnşina Dünya kuboklarında mükafatçılar sırasına daxil oldular. Ölkəmiz bu növ üzrə İlk Avropa Oyunlarında və dünya çempionatlarında təmsil olunub, bu il Bakıda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında isə Marina Nekrasova, Yuliya İnşina və Yekaterina Tişkova komanda hesabında qızıl, ayrı-ayrı alətlər üzrə finallarda isə ümumilikdə 5 medal əldə etdilər”.

A.Həsənov deyib ki, 2013-cü ilin sonundan inkişaf etdirilən batut gimnastikasında da müəyyən nəticələr əldə olunub: “İlk Avropa Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlarda İlya Qrişunin fərdi çıxış finalında bürünc medal qazandı. 2016-cı ilin Avropa çempionatında gimnastımız Dmitriy Fedorovskiy Azərbaycanın debüt etdiyi ikili-mini batut yarışlarında bürünc medal eldə etdi. Bu il batut gimnastikası və tamblinq üzrə 25-ci Dünya Yaş Qrupu Yarışlarında Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq bu qəbildən olan yarışlarda tamblinq cığırında gimnastımız Mixail Malkin 31 iştirakçı arasında qalib gələrək qızıl medal qazandı. О cümlədən 2017-ci ilin Ümumdünya Oyunlarında sinxron cütlük Svetlana Makştarova və Veronika Zemlyanaya gümüş medal əldə etdi.

Akrobatika gimnastikasında 2009-cu ilin Avropa çempionatında Ayla Əhmədova və Dilarə Sultanovadan ibarət qadın cütlüyü qızıl, gümüş və bürünc medala layiq görüldü. 2015-ci ilin Avropa Yaş Qrupları Yarışlarında Seymur Cəfərov və Murad Əkpərovdan ibarət kişi cütlüyü Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq belə növ tumirdə qarışıq hərəkətlər üzrə finalda gümüş medal qazandı. Həmin yarışlarda Ağasif Rəhimov və Nurcan Cabbarlıdan ibarət qarışıq cütlük qarışıq hərəkətlər üzrə finalda bürünc medala layiq görüldü. 2016-cı ildə akrobatika gimnastikası üzrə 9-cu Ümumdünya Yaş Qrupu Yarışlarının qarışıq hərəkətlər üzrə finalında kişi cütlüyü və qarışıq cütlük ölkənin gimnastika tarixində ilk dəfə olaraq belə növ turnirdə gümüş medal qazandı. 2017-ci ilin Avropa çempionatında qarışıq cütlük Ağasif Rəhimov və Nurcan Cabbarlı balans hərəkətləri və çöxnövçülükdə bürünc, Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı temp proqramı üzrə bürünc medal qazandılar”.

AGF-nin vitse-prezidenti 2013-cü ildən ölkəmizdə aerobika gimnastikasının da inkişaf etdiyini qeyd edib: “2015-ci ildə İlk Avropa Oyunlarının aerobika gimnastikası üzrə yarışlarında Azərbaycan təmsil olundu. Bu ilin aerobika gimnastikası üzrə Avropa çempionatında milli komandamız ilk dəfə olaraq 3 proqramda çıxış etdi və hər 3 kateqoriya üzrə finala yüksəlməyi bacardı. 2015-ci ildə Helsinkidə (Finlandiya) keçirilən 15-ci Ümumdünya Gimnastradasında Azərbaycan gimnastlarının iştirakı ilə gimnastikanın 7-ci, qeyri yarış növü olan "Gimnastika hamı üçün" növünün ölkəmizdə əsası qoyuldu”.

Bütün gimnastika növləri üzrə yığma komandalarımızın məşqlərinin hazırda Milli Gimnastika Arenasında (MGA) keçirildiyini bildirən A.Həsənov xatırladıb ki, 2014-cü ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev və AGF-nin prezidenti Mehriban Əliyevanın iştirakı ilə bu unikal idman qurğusunun açılış mərasimi keçirildi. Bu arena təkcə yarış məkanı kimi deyil, həm də xarici gimnastların sevimli təlim-məşq toplanışı məkanı kimi dünyada tanınır. Burada beynəlxalq standartlara cavab verən müasir gimnasta lazım olan hər cür şərait var:

“Sevindirici haldır ki, bütün gimnastika növləri üzrə milli yarışlarda yetişən gənc nəsil gimnastlarının çıxışlarını izləyirik. Gimnastika növləri üzrə bölmələrə axın müşahidə olunur. Artıq bu gün Bakı ilə yanaşı Azərbaycanın 16 regionunda gimnastika növləri üzrə bölmələr fəaliyyət göstərir. 2014-cü ildə bədii gimnastika üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı çərçivəsində gimnastika tarixində ilk dəfə olaraq "Bölgələrarası Kubok" keçirildi”.

AGF-nin vitse-prezident bu illər ərzində yerli hakim və məşqçilərin ixtisasının artırılması üçün bir çox işlərin görüldüyünü vurğulayıb: “Onlar üçün yerli məşqçilik və hakimlik kursları təşkil olundu. Bundan əlavə, 2013-cü ildə Bakıda ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Akademiyası mütəxəssisləri tərəfindən 1-ci səviyyəyə aid bədii gimnastika üzrə məşqçilik kursları keçirildi. 2014-cü ildə isə artıq 2-ci səviyyəyə aid bədii gimnastika üzrə məşqçilik kursları təşkil olundu. İlk beynəlxalq hakimlik kursları 2007-ci ildə kişi idman gimnastikası üzrə keçirildi. 2014-cü ildə Bakıda ilk dəfə batut gimnastikası və qadın idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları təşkil olundu. 2017-ci ildə ilk dəfə olaraq Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə Qitələrarası Hakimlik Kursları uğurla keçirildi. Daha sonra bədii gimnastika üzrə və kişi idman gimnastikası üzrə Beynəlxalq Hakimlik Kursları Bakıda uğurla təşkil edildi. Sevindirici haldır ki, hazırda bədii gimnastika üzrə bizim 19 beynəlxalq dərəcəli hakimimiz var”.

A.Həsənov əlavə edib ki, Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq Rza Əliyev 2016-cı ildə kişi idman gimnastikası üzrə keçirilmiş Qitələrarası Hakimlik Kurslarında iştirak edərək ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasını əldə etdi:

“Qadın idman gimnastikası, batut gimnastikası və aerobika gimnastikası bizim üçün yeni növlər olsa da, artıq bu gimnastika növləri üzrə hakimlərimiz var. Sevindirici haldır ki, Kamil Quliyev bu ilin batut gimnastikası üzrə dünya çempionatında ilk Azərbaycan hakimi olaraq çıxışların qiymətləndirilməsində iştirak etdi.

2007-ci ildən etibarən AGF-nin nümayəndələri Beynəlxalq Gimnastika Federasiyası daxilində təmsil olunmağa başlayıb. Hazırda AGF-nin beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev FIG-nin Apellyasiya Tribunalının üzvüdür. 11 il ərzində AGF-nin baş katibi olmuş Fərid Qayıbov ilk dəfə 2008-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının Şurasına üzv seçildi, 2012-ci ildə həmin Şuraya yenidən seçildi, sonra isə 2013-cü ildə Avropa Gimnastika İttifaqına vitse-prezident seçildikdən sonra həmin üzvlükdən imtina etdi. Son günlərdə isə Avropa Gimnastikası İttifaqına keçirilən prezident seçkilərində onun qalib gəlməsi beynəlxalq arenada Azərbaycan gimnastikasının böyük nüfuzundan xəbər verdi”.

A.Həsənov bildirib ki, bu il Bakıda ilk dəfə olaraq Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəhbər orqanının tədbiri - FIG Şurasının iclasları keçirildi: “Həmin Şura çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının prezidenti, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-nin yüksək mükafatı ilə təltif olundu.

Bu gün biz fəxrlə deyə bilərik ki, AGF son 3 ildə ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası tərəfindən mükafatlandırılan federasiyalar siyahısına daxil olub. Gördüyünüz kimi, 15 il ərzində AGF həm milli səviyyədə, həm də beynəlxalq arenada bir çox uğurlara imza atıb. İndi ən əsas məqsədimiz əldə olunan səviyyəni qoruyub saxlayaraq, gimnastika növlərini daha da inkişaf etdirməkdir”.

Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Loading Bars
Xəbər lenti
Ceyhun Bayramov “TRACECA”nın Baş katibi Aset Asavbayev ilə görüşüb
Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik - Türkiyə MN
Sabiq Maldiv prezidenti partlayış nəticəsində yaralanıb
Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın bölmə iclası keçirilib (FOTO)
Ölkəmizdə inşa edilən "Azərbaycan" Ro-Pax tipli gəmi İlk səfərini Bakı Limanından gerçəkləşdirəcək (FOTO/VİDEO)
Rusiya ilə ABŞ arasındakı münasibətlərin formatı barədə Putin qərar verəcək - ABŞ Dövlət katibi
Türkiyənin İraqdakı baş kosulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib
MDU-da “Sığorta biliklərinin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib
İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir - Samir Nuriyev (FOTO)
Qida əlavələrinin sənayedə istifadəsi
Azərbaycan İlahiyyat İnstitutu dekanının elmi məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Heydər Əliyevin siyasi fəaliyyəti hər zaman milli ideallara bağlı olub -Tamam Cəfərova
Energetika Nazirliyi və Masdar şirkəti hidrogen istehsalı üzrə birgə seminar keçirib (FOTO)
Mingəçevir Dövlət Universitetində tələbə və magistrantlara smart tələbə kartları təqdim olunub (FOTO)
Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri (FOTO)
ATƏT-in hazırkı sədri Azərbaycanın 3 ermənini azad etməsini alqışlayıb
UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib (FOTO)
DGK bayram günləri gündəlik iş rejimində fəaliyyət göstərəcək
Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB
Qətərin maliyyə naziri həbs olunub
Yeni Galaxy A seriyası ilə enerji topla və # tükənməzenerji rəqs çellencində iştirak et
Mayın 7-nə USD/AZN rəsmi məzənnəsi
Bakıda bu yol müvəqqəti bağlanır
Baş Prokurorluğun xəbərdarlıq etdiyi Xalidə Bayramova vəzifəsindən azad olundu
ÜGT-nin sessiyalarının gündəliyində duran məsələlər müzakirə edilib (FOTO)
Yerevan üçtərəfli bəyanatın icrası ilə bağlı bütün səyləri göstərməyə hazırdır - Paşinyan
Azərbaycan Veteranlar Təşkilatından Sergey Lavrova müraciət: Xocavənddə faşist Njdeyə aid heykəlin sökülməsi vacibdir
21 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
Ombudsman beynəlxalq təşkilatlara müraciət edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verib
"Real Madrid" Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib
"Baku Book Center"də “Bir ömür belə keçdi” kitabının təqdimatı keçirilib (FOTO)
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi yad edilib (FOTO)
Əsl simalarını dünyaya göstərsək, onlara təsir edəcəklər - Deputat
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Paşinyan parlament seçkiləri üçün blok yaratmayacaq
Azərbaycanda 2 057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub
Bu il Azərbaycanda qeyri-neft ixracı artıb - Nazir
Koçaryan Paşinyanı məhkəməyə verdi - Ondan 4 min dollar istəyir
Qusarda qar daha çox bu ərazilərə yağıb
16 obyekt karantin qaydalarını pozduğuna görə cərimələnib
Hazırda 1200-dən çox şəxs daimi dövlət himayəsində yaşayır - Nazir
Odlar Yurdu Universitetində “Mən Qarabağam" layihəsi çərçivəsinə sərgi keçirilib (FOTO)
Bakıda piyada keçidinin üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib (VİDEO)
ATƏT Minsk qrupunun son bəyanatında "hərbi əsirlər" ifadəsini işlətməməsi Ermənistanı hiddətləndirib
Kazım Qurbanov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib
AzEduNet şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olacaq
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
Azərbaycanlı idmançılar üçün yaradılmış imkanlar heyrətləndirir - Ukraynalı məşqçi Milli Gimnastika Arenası haqqında (VİDEO)
Gəncə Dövlət Universiteti ulu öndərin anadan olmasının 98-ci ildönümü ilə bağlı beynəlxalq konfransa ev sahibliyi edib (FOTO)
Bugünədək 295 minə yaxın fermerə 121 milyon manatdan çox subsidiya ödənilib
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır
26 subartezian quyusunun qazılması üçün 1,82 milyon manat ayrılıb - Sərəncam
Ümummilli lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib (FOTO/VİDEO)
Şuşaya çəkilən ikinci yolda işlər sürətləndirilib (VİDEO)
Vətən Müharibəsi qəhrəmanları ilə bağlı mənzillər, xatirə yerləri tarixi abidə hesab olunacaq
Şuşada İsa Bulağına yol çəkiləcək
Azərbaycan səhiyyəsi Heydər Əliyevin müəyyənləşdirdiyi strateji yolla inamla addımlayır
Qarabağda “yaşıl enerji” zonasının yaradılması üçün Yaponiya şirkəti ilə müqavilə imzalanıb
Qarabağda dinc həyatın təmin olunması üçün həyata keçirilən prosesləri siyasiləşdirmək lazım deyil - Lavrov
Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları əbədiləşdiriləcək
Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir
Balıqçı gəmilərinin hərəkəti ilə bağlı qaydalar dəyişir
Qazaxıstan şirkəti Azərbaycanda “ağıllı" kənd və şəhər layihələrində iştirak edəcək
Bu şəxslərin dəfn mərasimi zamanı hərbi ehtiram göstəriləcək
İranda ötən sutka 338 nəfər koronavirusdan ölüb
Qəbələdə ağır yol qəzası - 3 ölü, 5 yaralı
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsi dünya ədəbiyyatında özünəməxsus yer tutur (FOTO)
İstanbulda yaşayış binası çökdü (VİDEO)
Dövlət Vergi Xidmətinə rəis təyin olundu - SƏRƏNCAM
Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edib (YENİLƏNİB)
Sabah 25 dərəcəyədək isti olacaq
Bundan sonra da vaksinlərin gətirilməsi təmin ediləcək - Teymur Musayev
Qarabağda vəziyyət normallaşıb, xırda insidentlərin qarşısı dərhal alınır - Lavrov
Körpüdə intihara cəhd olub - Yolda sıxlıq yaranıb (FOTO)
Kəndlərdə elektrik enerji təchizatı şəbəkəsi yenidən qurulur (VİDEO)
Azərbaycanda koronavirusa ən çox bu yaşda olanlar yoluxur
Ağdam rayonunun Qarapirimli kəndi (FOTO/VİDEO)
Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək (FOTO/VİDEO)
Bayram günlərində məhdudiyyətlər olacaq? - Operativ Qərargah AÇIQLADI
Ölkəmizdə tətbiq olunan bütün vaksinlər təhlükəsiz və effektivdir - Teymur Musayev
Bu tarixdən Azərbaycanda yaşı 18-dən yuxarı şəxslərin vaksinasiyası başlayır - RƏSMİ
Xəstəxanalarda boşalan çarpayıların sayı artmaqdadır - Nazir müavini
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını iki dəfə keçib - Operativ Qərargah
İki-üç gün ərzində “Zəfər yolu” minalardan tam təmizlənərək təhvil veriləcək - Agentlik rəsmisi
Azərbaycanda vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq - Teymur Musayev
İki min hektardan çox ərazi mina və PHS-dən tam təmizlənib - ANAMA
Koronavirusla bağlı bizi və dünyanı narahat edən məlumatlar Hindistandan daxil olur - Yaqut Qarayeva
"Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun həbs müddəti uzadılıb
Operativ Qərargah brifinq keçirib (VİDEO)
İndiki vəziyyətdə Minsk qrupu yalnız bölgədə sülhün təmin edilməsinə dəstək ola bilər - Deputat
Qərbi Azəri platformasında hasilat bərpa edilib
Təhsil naziri bu direktorları vəzfiəsindən azad edib
Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb
Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb
Kapital Bank və Visa Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini təqdim edir
Ermənistanda 5 mindən çox fərari əfv olunur
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Bakıda ötən gün 40-a yaxın ağac aşıb, 4 avtomobilə ziyan dəyib
Bütün xəbərlər