...

Komitə sədri: Dövlət daima dini icmalara dəstək göstərib

Siyasət Materials 27 Dekabr 2017 13:51 (UTC +04:00)
Dövlət daima dini icmalara dəstək göstərib və bundan sonra da göstəriləcək.
Komitə sədri: Dövlət daima dini icmalara dəstək göstərib

Bakı. Elçin Mehdiyev – Trend:

Dövlət daima dini icmalara dəstək göstərib və bundan sonra da göstəriləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, əgər dövlət dinə, dini icmalara yardım göstərməsə, dini icmaların fəaliyyətində müəyyən problemlər, çətinliklər yarana bilər.

Komitə sədri vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə ölkədə cəmi 17 məscid var idi: "Bu gün Azərbaycanda 2240-dan çox məscid var. Son illərdə tikilən məscidlərin sayı kifayət qədərdir, 100-lərlə məscid tikilib. Cənubi Qafqazın ən böyük məscidi olan Heydər Məscidi inşa edilib, Naxçıvanda böyük bir məscidin tikintisi davam edir. Eyni zamanda, yerlərdə yeni məscidlər tikilir, təmir olunur. O cümlədən kilsələr, sinaqoqlar tikilir, dövlət onlara da yardım göstərir. Əgər biz "Din dövlətdən ayrıdır" - yanaşmasına istinad edib, məscidlərə, dini icmalara, din xadimlərinə sosial xarakterli yardımlar göstərməsək, müəyyən maddi çətinliklər ortaya çıxa bilər”.

M.Qurbanlı vurğulayıb ki, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına bu cür layihələr həyata keçirilir: “Biz bu istiqamətdə işləri davam etdirməliyik. Azərbaycanda dinimizin dövlət tərəfindən himayəsini davam etdirməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti