Baş nazir gələn ilin dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı sərəncam imzalayıb

Baş nazir gələn ilin dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı sərəncam imzalayıb

Bakı. Trend:

Nazirlər Kabinetində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının 2-ci hissəsinin beşinci abzasına əsasən, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Respublikasının Prezidentinə vaxtında təqdim edilməsi məqsədi ilə Sərəncam imzalanıb.

Trend-in məlumatına görə, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın müvafiq müddəalarından irəli gələn vəzifələri yerinə yetirməklə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2018-ci il sentyabrın 15-dək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2018-ci il sentyabrın 10-dək, həmçinin həmin Qanunun 12-ci maddəsində göstərilən digər sənədləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Dövlət Statistika Komitəsi cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədi ilə 2017-ci ilin ilkin statistik məlumatlarını 2018-ci il fevralın 5-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.

Sərəncama əsasən, Dövlət Statistika Komitəsi növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin, icmal büdcə göstəricilərinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və digər əlaqədar təşkilatlara mütəmadi olaraq təqdim edilməsini təmin etməlidir.

Vergilər Nazirliyinə və Dövlət Gömrük Komitəsinə növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədi ilə 2018-ci il mayın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, müvafiq məlumatları 2018-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.

Maliyyə Nazirliyi 2019-cu il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2018-ci il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2018-ci il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2018-ci il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2018-ci il iyulun 20-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi 2018-ci il dəqiqləşdirilmiş, 2019-cu il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası- nın və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2019-cu il üçün ilkin proqnozlarını 2018-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədi ilə dövlət investisiya proqramının layihəsini 2018-ci il avqustun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.

Bundan başqa, 2019-cu il və sonrakı üç il üçün Ümumi Daxili Məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, ortaaylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2018-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2018-ci il avqustun 1-dək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.

Sərəncamda qeyd edilir ki, İqtisadiyyat Nazirliyi 2019-cu il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial proqnoz göstəricilərinin koordinasiyalı şəkildə hazırlanması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq komissiyanın tərkibinə dair təkliflərini bir ay müddətinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Sərəncamda Vergilər Nazirliyinin regional və yerli bölmələrinə Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılaşdırdığı formalara və cari il mayın 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini 2018-ci il iyunun 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aidiyyəti yerli bölmələrinə təqdim etmək tapşırılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarə və təşkilatların rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təlimat məktubuna uyğun olaraq lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin inkişafının təhlili əsasında növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu maliyyə balansını hazırlamaq üçün 2018-ci il iyulun 15-dək Azərbaycan Respublikası- nın İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, dövlət büdcəsindən müvafiq maliyyə yardımları alan idarə və təşkilatlar, həmçinin yerli icra hakimiyyətləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ilə birlikdə qanunvericiliklə müdafiə olunan xərclər istisna olmaqla digər xərclər üzrə qənaət rejimi gözlənilməklə növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini hazırlayıb (hər bir Dövlət Proqramı üzrə xərclər ayrıca göstərilməklə) 2018-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısa və ortamüddətli dövrdə hədəfləri, habelə investisiya layihələrinin həmin hədəflərə uyğun əsas istiqamətlərini özündə aydın şəkildə ehtiva edən dövlət maliyyə resurslarının nəticəəsaslı bölgüsünü (sektorlar arası və sektor daxilində), nəticələrə görə məsuliyyət nəzərdə tutan daha təkmil ortamüddətli xərclər çərçivəsinin və nəticəəsaslı büdcə mexanizminin formalaşdırılmasına dair təkliflərini hazılayıb 2018-ci il mart ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Həmin qurumlara, növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir Dövlət Proqramı üzrə xərclərin və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı tələb olunan vəsaitin məbləği ayrıca göstərilməklə) və büdcə prosesinin təkmilləşdirilməsinə dair təkliflərini 2018-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.

Bundan başqa, həmin qurumlar dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədi ilə funksional təsnifatın müvafiq bölmələri çərçivəsində inzibati təsnifata uyğun olaraq, boş (vakant) ştatlar (vakant ştatların vəzifə adı, sayı və vəzifə maaşı göstərilməklə) barədə məlumatları hər rübdən sonrakı ayın 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Neft Fonduna növbəti büdcə ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2018-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2018-ci il iyulun 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu”nun, növbəti büdcə ili və gələn üç il üçün büdcə layihəsinin ilkin variantını 2018-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2018-ci il iyulun 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin.

Əmlak Məsələləri Dövlət Komitəsi 2019-cu il dövlət büdcəsinin layihəsində özəlləşdirilməsi nəzərdə tutulacaq dövlət əmlakının siyahısını və ehtimal edilən daxilolmaların proqnoz göstəricilərini “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 may tarixli 894 nömrəli Fərmanına müvafiq olaraq 2018-ci il iyulun 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar (“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi” MMC) növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini 2018-ci il avqustun 1-dək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli 534 nömrəli qərarı ilə yaradılmış Komissiyanın Katibliyinə, 2018-ci il 01 iyul tarixinə mövcud daxili və xarici borcları, habelə 2019-cu ildə nəzərdə tutulan borcalmanın ümumi məbləğləri (aparılacaq borcalmanın valyuta və layihələr üzrə bölgüsü göstərilməklə) barədə məlumatları cari ilin iyulun 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.

Bələdiyyələrə tövsiyə edilib ki, dövlət büdcəsindən yerli büdcələrə maliyyə yardımı (dotasiya) və subvensiya ayrılması ilə bağlı təkliflərini martın 15-dək və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.14-cü maddəsində göstərilən sənədləri və məlumatları 2018-ci il mayın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, dövlət idarə və təşkilatların, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin rəhbərlərinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təlimat məktublarına uyğun olaraq, 2019-cu il və sonrakı üç il üzrə dövlət investisiya proqramının layihəsini hazırlamaq üçün müvafiq məlumatları və sənədləri 2018-ci il martın 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.

Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar 2018-ci il iyulun 1-dək aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının icra vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatları hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.

Bundan başqa, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin dövlət sifarişinə aid olanları, həmçinin beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə ölkənin növbəti büdcə ili və gələn üç il üçün dövlət büdcəsi layihəsinin, iqtisadi və sosial inkişaf konsepsiyasının və toplu maliyyə balansının tərtibi üçün əlavə əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, digər hüquqi şəxslərdən, bələdiyyələrdən, büdcə və büdcədənkənar dövlət fondlarından tələb etmək tapşırılıb.

Dövlət büdcəsi gəlirlərinin icrasını təmin edən orqanlar və büdcədən maliyyələşən nazirliklər, komitələr və digər təşkilatlar, müvafiq dövlət fondları, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarə və şöbələri növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini tərtib edərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004- cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etməlidirlər.

Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Loading Bars
Xəbər lenti
İsrail ordusu Suriyada "Hizbullah"ın mövqelərinı atəşə tutub
Türkiyədə son sutkada koronavirusdan 38 218 nəfər sağalıb
Dünyada ötən sutka koronavirusa 721 mindən çox yoluxma qeydə alınıb - ÜST
"Çelsi" futbol klubu Çempionlar Liqasının finalına yüksəlib
İmişlidə evdə yanğın olub
Mingəçevir Dövlət Universitetində "Heydər Əliyev: Vətənimiz Azərbaycana həsr olunmuş ömür" mövzusunda dəyirmi masa keçirilib (FOTO)
ATƏT-in Minsk Qrupu saxlanılan ermənilərin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayıb
Ermənistanda Sergey Lavrovun səfərinə qarşı etiraz aksiyası keçirilib
Qəbələdə minik avtomobilləri toqquşub, ölən var
Kommunikasiya yollarının açılması Ermənistan üçün prioritet məsələ olmalıdır - Paşinyan
Qırğızıstanda ölkə hökuməti Nazirlər Kabineti ilə əvəz olunub
30 il ərzində heç bir müsbət irəliləyişə nail olmayan Minsk Qrupuna artıq gərək yoxdur - TƏHLİL
Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb (FOTO)
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb (FOTO)
Bu şəxslərə özünütəcrid müddəti başa çatandan sonra SMS gəlməyə bilər
Ombudsman Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair HESABAT hazırlayıb
Dünyada aviadaşımalara tələb 7 faizdən çox artıb
Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar - Əli Əsədov
Azərbaycanla üç ölkə arasında Birgə Komissiyaların tərkibi təsdiqlənib
“Startap üçün yeni imkanlar” mövzusunda məlumatlandırıcı vebinar keçiriləcək
Qrız, Şahdağ və Xınalıqda qar yağıb - FAKTİKİ HAVA
Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşüb (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
“Əsas Məsələ”də Ermənistandakı erkən seçkilərə hazırlıq və bu ölkədəki mövcud xaos müzakirə olunub (VİDEO)
Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb (FOTO/VİDEO)
Putinlə Ərdoğan Qarabağı müzakirə edib
Türkiyəyə dəstək: UNEC ailəsi hər zaman qardaş Türkiyənin yanındadır
Aylıq 38 AZN-dən başlayan ödəniş!
Bu il Azərbaycan azad edilmiş ərazilərin bərpasına 1,5 milyard dollar vəsait qoyacaq - Nazir
Bakıda MTK-nın məsul şəxsi 5000 manat cərimələndi (FOTO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Dünya Prokurorlarının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı Bakıda keçiriləcək (FOTO)
Gəncədə evləri su basdı, FHN əməkdaşları əraziyə cəlb edildi (VİDEO)
Bakıda istismara yararsız 108 bina var - RƏSMİ
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fikrət Qocanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
İranda koronavirusun bir neçə ştammı aşkarlanıb
ABŞ Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır
Azərbaycan xalçaçıları peşə bayramını qeyd edirlər (FOTO)
Bakı məktəbləri arasında yeni layihəyə start verilib
Azərbaycan üç ermənini azad etməklə növbəti dəfə humanistliyini göstərdi - Deputat
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib (FOTO)
Ticarət obyektində aparılan qanunsuz tikinti dayandırılıb
Türkiyəyə müalicəyə göndərilən daha 2 qazimiz ölkəyə qayıtdı (FOTO)
Bakıda yük maşını yanıb
AQTİS və Argus-Fito sistemi arasında məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində texniki işlər davam edir
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 074 nəfər COVID-19-dan sağalıb, 1 080 nəfər yoluxub
Azərbaycana külli miqdarda narkotik keçirmək istəyən şəxslər yaxalandı (FOTO)
Vətən müharibəsi qəhrəmanlarına güzəştlər edilir – Məcəlləyə dəyişiklik
Yerin ətrafında uçuşlar üçün bilet satışı başlayır
DİN yas mərasimində polisin zorakılıq etməsilə bağlı paylaşılan materiallara aydınlıq gətirib
Gürcüstanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Fikrət Qoca dəfn edilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanda əlilliyə görə qruplar ləğv ediləcək - Agentlik
Əlillik dərəcəsinin ləğvi ilə bağlı Baş Prokurorluğa 266 müraciət olub
Gürcüstanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Vətən müharibəsinin 400-ə yaxın qazisinə əlillik verilib
Azərbaycanda 7 mindən artıq saxta əlillik dərəcəsi ləğv edilib
Qarabağda muzdlu kimi döyüşən Livan vətəndaşının istintaqı yekunlaşıb - DTX və Baş Prokurorluq (VİDEO)
Avropada İtaliya mafiyasına qarşı əməliyyat keçirilib
ƏDV faizlərini geri alanlar üçün daha bir qazanc fürsəti!
ADU-nun Konfutsi İnstitutu “Azərbaycan və Çin mədəniyyətində çiçək simvolikası" tədbiri keçirib
SOCAR Türkiyə-nin neft-kimya bölməsi təkrar emal həcmini 32% artırıb
Korrupsiyada günahlandırılan gömrük əməkdaşı barədə araşdırmaya başlanılıb
Azərbaycan Texniki Universiteti ilə Sumqayıt Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib (FOTO)
Azərbaycan və Gürcüstan bir-birinə çox bağlıdır - İrakli Qaribaşvili
“Azərbaycanda Rektorlar Konfransı” Erasmus+ layihəsinin təqdimatı keçirilib (FOTO)
TƏBİB 20-yə yaxın tibb işçisinin vəzifədən azad edilməsinə münasibət bildirdi
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı videoformatda növbəti vətəndaş qəbulu keçirib (FOTO)
İrakli Qaribaşvili Azərbaycan Prezidentini Gürcüstana dəvət edib
Prezident İlham Əliyev: Azərbaycan və Gürcüstan xalqları arasında münasibətlər uzun tarixə əsaslanır
Prezident İlham Əliyev: Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir
Azərbaycanın Avroviziya təmsilçisinin geyim dizaynı məşhur modelyerə həvalə edilib
Uşaqlara siqaret satan mağaza cərimələndi
Pandemiya dövründə kütləvi iftar mərasimlərindən çəkinməliyik - Hacı Şahin Həsənli
G7 iclasında iştirak edən Hindistan nümayəndə heyəti karantinə alınıb
Avropa Parlamentinin terrorçuları “hərbi əsir” adlandırması ədalətsizliyin təzahürüdür – Deputat
Azərbaycanda "kölgə iqtisadiyyatı"na qarşı tədbirlər görülür (FOTO)
Bolqarıstan prezidenti parlamenti buraxacaq
"SOCAR Türkiyə"nin Əliağadakı üç müəssisəsi “Sıfır Tullantı Sertifikatı” alıb
Azərbaycanda erkən doğumlar azalır
Aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı üçün 14 milyon manat ödəniləcək - Nazir
Daha bir şəhidimizin nəşi tapılaraq ailəsinə təhvil verilib
Bakıda külək motosikleti aşırıb, sürücü xəsarət alıb (VİDEO)
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Sabah hava necə olacaq?
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
ABŞ-da təyyarə evin üstünə düşüb
Salyanda 15 min abonentin qaz təchizatı yaxşılaşdırılır (FOTO)
Əfqanıstan-Pakistan sərhədində hərbçilərə hücum olub - Ölən və yaralananlar var
Pambıq əkini üçün fermerlərə gübrələrin verilməsinə başlanılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Bakıda güclü külək TIR-ı aşırdı
Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA
Yeni mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Türkiyədən Azərbaycana gətirilib (FOTO/VİDEO)
"Space" kanalına yeni rəhbər təyin olunub
Bakıda Dünya Kuboku hər zaman gözəllik və zəriflik bayramıdır - Azərbaycanlı gimnast
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərə gəlib
“Rabitəbank”dan ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı maarifləndirici animasiya (VİDEO)
Azad olunan ərazilərdə heyvanlar quduzluğa qarşı peyvənd olunur (FOTO)
Bütün xəbərlər