Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda növbədənkənar prezident seçkilərində namizədlər üçün təşviqat kampaniyasnın vaxtı məlum olub.
Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərlə bağlı hazırlanan Təqvim Planında qeyd olunub.
Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Beləliklə, martın 19-da başlayacaq təşviqat kampaniyası aprelin 10-u səhər saat 08:00-da bitəcək.
Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.