...

Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı fərmanda dəyişiklik edilib

Siyasət Materials 7 Fevral 2018 19:25 (UTC +04:00)
Prezident İlham Əliyev fərman imzalayıb.
Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı fərmanda dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, fərmanın 1-ci hissəsindən ikinci halda “Prezidenti yanında” sözləri çıxarılıb:

"“Mərkəzi icra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılsın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti