...

Azərbaycan Demokrat Partiyası seçkiləri boykot etmək mövqeyi ilə razı deyil

Siyasət Materials 22 Mart 2018 11:33 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası seçkiləri boykot etmək mövqeyi ilə razı deyil.
Azərbaycan Demokrat Partiyası seçkiləri boykot etmək mövqeyi ilə razı deyil

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu günə qədər həyata keçirilən proseslərdə hər hansı bir maneə və ya qanun pozuntusu ilə rastlaşmamışıq".

Bunu Trend-ə Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Həsrət Rüstəmov deyib.

H.Rüstəmov qeyd edib ki, bu günə qədərki proseslər Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilib: “Hesab edirəm ki, hakimiyyət özü də müxalifətdən olan namizədlərin seçkilərdə iştirak etməsində maraqlıdır”.

O, bəzi müxalifət partiyalarının seçkiləri boykot etməsi ilə razı olmadığını diqqətə çatdırıb. Partiya rəsmisi deyib ki, seçkiləri boykot etmək çıxış yolu deyil: “Biz bu mövqe ilə razı deyilik. Seçkilərdə istənilən halda resursları toplayıb iştirak etməyin tərəfdarıyıq. Bəzi müxalifət partiyalarının arqumentləri seçkidən imtina üçün əsas ola bilməz. Çünki seçkilərdə iştirak etmək siyasi partiyanın vəzifəsidir və ona görə də biz onların mövqeyini bölüşmürük”.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Prezident seçkilərini 115 beynəlxalq, 42 mindən çox isə yerli müşahidəçi izləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti