...

Binəli Yıldırım: VI Qlobal Bakı Forumu mühüm məsələlərin müzakirə olunduğu məkandır (YENİLƏNİB)

Siyasət Materials 15 Mart 2018 10:39 (UTC +04:00)
VI Qlobal Bakı Forumu mühüm məsələlərin müzakirə olunduğu məkandır.
Binəli Yıldırım: VI Qlobal Bakı Forumu mühüm məsələlərin müzakirə olunduğu məkandır (YENİLƏNİB)

Bakı. Trend:

VI Qlobal Bakı Forumu mühüm məsələlərin müzakirə olunduğu məkandır.

Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycanın paytaxtında keçirilən “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Baş nazir qeyd edib ki, bu gün regional təhlükəsizlik üçün əməkdaşlığa daha çox ehtiyac var: "Ölkələr arasında münasibətlərin inkişafına kömək edə biləcək birgə layihələrin reallaşdırılması da çox mühümdür".

O bildirib ki, bu gün Türkiyə və Azərbaycan mühüm layihələr həyata keçirirlər: "Bu layihələr təkcə regionun inkişafına istiqamətlənməyib, eləcə də beynəlxalq miqyaslıdır".

B.Yıldırım əlavə edib ki, TANAP boru kəməri belə vacib layihələrdən biridir:

"Türkiyə müttəfiq və dostların sayını artırmaq siyasəti yürüdür. Böhranın həlli üçün bütün ölkələr birlikdə fəaliyyət göstərməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti