Bakı. Trend:
Azərbaycan regional əməkdaşlığın təşkilində vacib rol oynayır.
Trend-in məlumatına görə, bunu Bakıda Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin görüşünün yekunu üzrə keçirilən mətbuat konfransı zamanı Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze deyib.
Qeyd edək ki, 2017-ci il sentyabrın 6-da Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü, dekabrın 20-də isə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.
Baş nazir deyib: “Biz Azərbaycanın regionda əməkdaşlığın, xüsusilə də bugünkü dördtərəfli görüşün təşkilində səylərini dəstəkləyirik”.
M.Canelidze həmçinin Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Azərbaycan tərəfinə təşəkkürünü bildirib və bəyan edib ki, Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:
“Bu gün bizim imzaladığımız əməkdaşlıq haqqında sənəd qarşılıqlı investisiya potensialının artmasına, eləcə də bizim üçün prioritet sahələrdə əməkdaşlığın inkişafına xidmət edəcək”.