...

Prezident İlham Əliyev: Azərbaycan Cənubi Amerika ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır (YENİLƏNİB)

Siyasət Materials 16 Mart 2018 11:03 (UTC +04:00)
Prezident İlham Əliyev Paraqvay Senatının sədrini qəbul edib.
Prezident İlham Əliyev: Azərbaycan Cənubi Amerika ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Paraqvay Senatının sədri Fernando Luqo Mendezi qəbul edib.

Paraqvay Senatının sədri Fernando Luqo Mendez VI Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını bildirdi və tədbirdə iştirakından böyük məmnunluq hissi keçirtdiyini qeyd etdi. Paraqvay Senatının sədri vurğuladı ki, tədbir iştirakçılarının coğrafiyasının daha da genişlənməsi, dünyanın müxtəlif bölgələrindən olan nümayəndələrin iştirakı beynəlxalq əməkdaşlıq işinə töhfə verir və eyni zamanda, gündəlikdə duran aktual məsələlərin müzakirəsi uçun də yaxşı bir platformaya çevrilir.

Dövlətimizin başçısı Paraqvay Senatının sədri Fernando Luqo Mendezin VI Qlobal Bakı Forumunda iştirakının önəmini qeyd etdi. Tədbirin beynəlxalq əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Forumda müxtəlif səviyyəli nümayəndələrinin iştirakının beynəlxalq məsələlərlə bağlı hərtərəfli müzakirələrin aparılması baxımından əhəmiyyətli olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycanın Paraqvayla və eləcə də digər Cənubi Amerika ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd etdi.

Söhbət zamanı Forumun həm də dinlərarası dialoqun və multikultural əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirildi.

Görüşdə Azərbaycanın beynəlxalq əməkdaşlığın möhkəmlənməsində rolu xüsusi qeyd olundu, ölkəmizin regionda gərginliyin azaldılması işinə müsbət təsir göstərdiyi vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti