...

Türkiyənin hakim partiyası Azərbaycandakı prezident seçkiləri haqqında

Siyasət Materials 9 Aprel 2018 16:28 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri şəffaf və demokratik mühitdə keçəcək və ölkə seçkilərdən sonra daha da güclənəcək
Türkiyənin hakim partiyası Azərbaycandakı prezident seçkiləri haqqında

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycanda prezident seçkiləri şəffaf və demokratik mühitdə keçəcək və ölkə seçkilərdən sonra daha da güclənəcək.

Bunu Trend-ə Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin xarici əlaqələr üzrə müavini Mehdi Eker deyib.

M.Eker prezident seçkilərinin uğurlu keçəcəyindən və Azərbaycan xalqına böyük xeyir verəcəyindən əmin olduğunu bildirib.

AKP rəsmisinin sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi və siyasi inkişafında rolu nəzərə alınsa, məhz o, seçkilərdə favorit hesab olunur:

“Azərbaycanın dövlət başçısı ədalətli olaraq hər dəfə vurğulayır ki, ölkənin müstəqilliyi iqtisadiyyatın artımından asılıdır. Hamıya məlumdur ki, Prezident İlham Əliyev Azərbaycanın inkişafı üçün, o cümlədən regionların sürətli inkişafı üçün çoxlu iş görür, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün böyük səy göstərir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti