...

Prezident seçkilərində saat 17:00-a seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri açıqlanıb

Siyasət Materials 11 Aprel 2018 17:55 (UTC +04:00)
Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.
Prezident seçkilərində saat 17:00-a seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.

Trend-in məlumatına görə, saat 17:00-a olan məlumata əsasən seçici fəallığının ən yüksək olduğu dairə 14 saylı Xəzər seçki dairəsidir. Bu seçki dairəsidə 51117 seçicidən 40588-i (79.40%) artıq səsvermədə iştirak edib.

Saat 17:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 30 saylı Suraxanı Birinci Seçki dairəsidir. Bu seçki dairəsində 37205 seçicidən 19224-ü (51.67%) səsvermədə iştirak edib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti