Altay Həsənov: Mehriban Əliyevanın rəhbərliyi altında uğur qazanmamaq, bu cür zirvələr fəth etməmək mümkün deyil

Altay Həsənov: Mehriban Əliyevanın rəhbərliyi altında uğur qazanmamaq, bu cür zirvələr fəth etməmək mümkün deyil

Bakı. Maksim Tsurkov, Ənvər Məmmədov - Trend:

Azərbaycan Gimnastika Federasiyası nəhəng iş gördü və bu ona görə mümkün oldu ki, Federasiyanın yaxşı prezidenti var. Mehriban Əliyevanın rəhbərliyi altında uğur qazanmamaq, bu cür zirvələr fəth etməmək mümkün deyil.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.

O qeyd edib ki, Bakıda keçirilmiş batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı Azərbaycanın idman həyatında növbəti mühüm səhifədir:

A.Həsənov bildirib: "Bakıda 25 ölkədən 400-dən çox gimnastın iştirak etdiyi Avropa çempionatı kimi mühüm turnir keçirilir. Bilirsiniz ki, biz bu səviyyədə turnirlər keçirmək təcrübəsinə malikik. İdmançıların və nümayəndə heyəti üzvlərinin mətbuatda oxuduğumuz müsahibələrinə əsasən demək olar ki, onlar hazırlıq səviyyəsindən və yarışların təşkilindən çox razıdırlar. İkincisi, nəticələrə gəldikdə, biz komandanın qarşısına qoyulan əsas vəzifələrdən birini həyata keçirmişik. Gimnastlarımız 2019-cu il Avropa Oyunlarına bütün lisenziyaları qazandılar. Ona görə də minimum hədəf yerinə yetirilib. Eyni zamanda biz hazırlığın bütün mərhələlərini Bakıda keçmiş Mixail Malkinin zirvəyə yüksəldiyini, qızıl medal qazandığının şahidi olduq. Bu, Azərbaycan üçün, onun özü üçün və məşqçisi üçün, bütün Federasiya üçün mühüm hadisədir. Biz həmçinin sinxron tullanmalarda gümüş medal qazanmışıq. Qızlarımız uğurla çıxış ediblər. Hesab edirəm ki, Avropa Çempionatı uğurlu alındı. Biz öz vəzifəmizi yerinə yetirdik".

O qeyd edib ki, əvvəllər, Federasiya ilk addımlarını atanda, 2002-ci ildəki restrukturizasiyadan sonra idmanı kütləviləşdirmək, bölgələri bu idmana cəlb etmək, Avropa gimnastika nəhənglərindən öyrənmək barədə söhbətlər gedirdi:

"İndi biz özümüz də nələrisə öyrədə bilərik. Çox xoşdur ki, təşkilatçılıqda bəzi yeniliklər ilk dəfə bizdə tətbiq olunur. Məsələn, xaricdən dəvət olunmuş bu maskot uğurla çıxış edir, hər kəsi ruhlandırır və əhval-ruhiyyəni qaldırır. Məhz bu, ilk dəfə bizdə tətbiq olunub. Bu, Federasiya əməkdaşlarının və rəhbərlərinin əməyi və yaradıcılığıdır. Bunlar olmadan əlbəttə ki, darıxıdırıcı olardı. Nəticə isə odur ki, idmana və tribunalara təkcə gimnastlar və onların valideynləri yox, həm də adi adamlar cəlb olundu. Bu il həm də turistlər məhz bu turnirə baxmağa gəldilər. Biz öyrəşmişik ki, adətən özümüz harasa gedib yarışlara baxırıq, amma artıq Bakı da Avropanın idman mərkəzinə çevrilir. Bu bizi sevindirir, lakin sakitləşdirmir, çünki bizi daha çox işləməyə və gələcək haqqında düşünməyə vadar edir".

Onun sözlərinə görə, Azərbaycan Gimnastika Federasiyası gələcəyə nikbinliklə baxır:

"Azərbayanın gimnastikanın bizim üçün qeyri-ənənəvi növlərində medalları var. Batut indiyədək Azərbaycanda çox da inkişaf etməmişdi. Bu idmana böyük təkanı 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunları verdi. Gimnastikaya marq daha artdı, nəticələr yaxşılaşdı".

A.Həsənov bildirib ki, bu il Bakıda daha bir neçə böyük turnir keçiriləcək:

"Artıq aprel ayında bədii gimnastika üzrə iki turnir - gənclər və böyüklər arasında Dünya kubokları keçiriləcək. Gənclər arasında Olimpiadaya təsnifat yarışlarının keçirilməsi də planlaşdırılır, akrobatika üzrə Dünya Kuboku da ilk dəfə Bakıda keçiriləcək. Dekabr ayında Beynəlxalq Gimnastika Federasiyasının Konqresi keçiriləcək. Bütün bunlar mühüm hadisələrdir. Gələn il bədii gimnastika üzrə Dünya çempionatı olacaq. Bu, ən gözəl gimnastika növüdür və rəqabət çox yüksəkdir".

O həmçinin qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyasında nəsil dəyişməsi gedir, daim yeni insanlar gəlir:

"Bəzən kənardan görünə bilər ki, Federasiya İdman Nazirliyinə kömək etmək üçün yaradılıb, amma federasiyalar özləri, xüsusən də Azərbaycan Gimnastika Federasiyası böyük işlər görür. Azərbaycan Gimnastika Federasiyası nəhəng iş gördü və bu, ona görə mümkün oldu ki, Federasiyanın yaxşı prezidenti var. Mehriban Əliyevanın rəhbərliyi altında uğur qazanmamaq, bu cür zirvələr fəth etməmək mümkün deyil. Həm də Federasiyamızda UEG-in indiki prezidenti Fərid Qayıbovun topladığı çox yaxşı komanda var. O, indi yeni vəzifəsində çox fəal işləyir. Onun müsahibəsində oxudum ki, Avropada gimnastikanı inkişaf etdirmək istəyir. Fikrimcə, Fərid həm onlar üçün, həm də bizim üçün çalışacaq. Bu, bizim ictimaiyyətimizin idman həyatı üçün böyük hadisədir - azərbaycanlı Federasiyanın adi menecerindən başlayan yol qət edərək Avropada İdman Federasiyasının prezidenti olub".

“Qəbələ” albaniyalı müdafiəçini transfer edib
“Qəbələ” albaniyalı müdafiəçini transfer edib
"Neftçi", "Keşlə" və "Sumqayıt"ın Avropa Liqasında rəqibləri bəlli oldu
"Neftçi", "Keşlə" və "Sumqayıt"ın Avropa Liqasında rəqibləri bəlli oldu
Azad Rəhimov: İcazə vermək olmaz ki, pandemiya illərlə idmanda qazandığımız uğurları məhv etsin (FOTO)
Azad Rəhimov: İcazə vermək olmaz ki, pandemiya illərlə idmanda qazandığımız uğurları məhv etsin (FOTO)
Loading Bars
Xəbər lenti
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 253 mindən çox artıb
Astarada 2 otaqlı ev yanıb
İraq-Küveyt sərhədi yaxınlığında partlayış baş verib
Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub
23-24 iyul tarixlərində keçirilən imtahanların nəticələri elan olunub
Livan prezidenti hökumətin istefasını qəbul edib
Türkiyə XİN: Ermənistan bölgədə sülhün bərqərar olmasına əsas əngəldir
Qeyri-çimərlik ərazidə 1 nəfər batıb
ABŞ-da güclü partlayış olub
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Maliyyə naziri Samir Şərifov “Hədəf”in suallarını cavablandırıb (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 224 min nəfəri ötüb
Ağdam rayonunda ev yanıb
Livanın baş naziri hökumətin istefasını elan edib
ABŞ və Portuqaliyanın botanika bağlarından alınan ekzotik bitkilər Abşeronda əkilə bilər - YENİ TƏDQİQAT
Operativ Qərargah koronavirus testlərinin qiymətinin optimallaşdırılması üçün tədbirlər görməlidir - Musa Quliyev
“Qəbələ” albaniyalı müdafiəçini transfer edib
ABŞ polisi cinayətkarın zərərsizləşdirilməsi anını görüntüyə alıb (VİDEO)
Vahid miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edildi - FƏRMAN
Borclu şəxslərlə bağlı notariat hərəkətləri barədə məlumatlar icra məmurlarına elektron sorğular əsasında veriləcək - QANUN TƏSDİQLƏNDİ
Livan hökuməti tam tərkibdə istefa verib
ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə tələbə qəbulunun müddəti uzadılıb
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişiklik edildi
Mütəxəssis: İnsanlarla dolu çimərliklər COVİD-19-la bağlı ən riskli ərazilər hesab edilə bilər
İctimai işlər növündə inzibati tənbeh alan şəxslərin qarşısına yeni vəzifələr qoyuldu
“iPhone”ların satışı 30 faiz azala bilər
“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi
QHT-lər maliyyə əməliyyatlarını elektron formada apara biləcəklər - QANUNA DƏYİŞİKLİK
Təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edir (FOTO)
Şabranda nişan mərasimi keçirmək istəyən şəxslər saxlanıldı (FOTO)
Tovuzdan başlayan təxribat bu gün də davam edir?!
Bu il sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb
“Azərbaycan diaspora fəaliyyətində gənclərin rolu” adlı konfrans keçirilib
AQTA 51 obyektdə kobud qayda pozuntuları aşkarlayıb
Polis Şabranda reyd keçirib (FOTO)
Konstitusiya Məhkəməsinin Plenumu əmanətlərin sığortalanması ilə bağlı qərar qəbul edib
Biləsuvarda minik avtomobili yanıb
Carlsberg Azerbaijan və Şef Aleks fudpeyrinqin sirlərini açdılar (FOTO)
Nazirlik: Monitorinq aparılmış 1296 obyektin 132-də sanitar-epidemioloji tələblər pozulub
Masazır Duz Zavodu tərəfindən duz tədarükü mövsümünə start verilib (FOTO)
Antonio Banderas koronavirusa yoluxub
Neftçalada içməli su probleminin aradan qaldırılması üçün hansı işlər görülür? - RƏSMİ AÇIQLAMA (FOTO)
Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85% yüksəlib
Avqustun 11-də dolların manata qarşı məzənnəsi
AQTA qida sahəsində fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlandı
Parisdə açıq havada maska taxmaq məcburi oldu
Novxanıda batan şəxsin cəsədi tapılıb (ƏLAVƏ OLUNUB) (VİDEO)
Ağacları zədələyən şəxs cəzalanıb
Azərbaycanda 79 nəfər koronavirusa yoluxdu, 278 nəfər sağaldı
Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər (FOTO/VİDEO)
Ağdamda ev əşyaları ilə birgə yanıb
24 cinayətin üstü “isti izlər”lə açılıb
Paytaxtın elit otelləri COVİD-19 xəstələrini müalicə edən həkimlərin xidmətindədir
ÜST yeni növ koronavirusu mövsümi xəstəlik hesab etmir
DOST Agentliyinin əməkdaşları təşəkkürnamələr ilə təltif edildi (FOTO)
Prezident İlham Əliyev: Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı
Prezident İlham Əliyev: Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik
Lerikə qeyri-qanuni yollarla istirahətə gələn daha 24 nəfər cərimələndi
Azərbaycan Prezidenti: Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir
Prezident İlham Əliyev: Bütün layihələr uğurla icra edilir
Prezident İlham Əliyev “Qarabağ” neft yatağı haqqında: 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır
Azərbaycan Prezidenti “Qarabağ” yatağının dayaq bloku haqqında: Bu qurğu bir daha bizim qüdrətimizi göstərir
Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib (FOTO)
Prezident İlham Əliyev: Bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır
Tullantı sularının təkrar emalı sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçiriləcək
"Gazelli Group şirkəti #GazelliYardım proqramı çərçivəsində aztəminatlı ailələrə göstərdiyi yardımı davam etdirir (VİDEO)
"Neftçi", "Keşlə" və "Sumqayıt"ın Avropa Liqasında rəqibləri bəlli oldu
DANX-a yeni rəis müavini təyin edildi
Rusiyada yanacaqdoldurma məntəqəsində güclü partlayış olub - Yaralılar var (VİDEO)
Qaxa istirahətə gedən 9 nəfər cərimələndi (FOTO)
Prezident İlham Əliyev Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib
Azad Rəhimov: İcazə vermək olmaz ki, pandemiya illərlə idmanda qazandığımız uğurları məhv etsin (FOTO)
MMC direktorunun qanunsuz hərəkətlərinə dair cinayət işi məhkəməyə göndərilib
Qeyri-ərzaq mağazalarında fəaliyyət bərpa olunub (FOTO)
Prezident İlham Əliyev: Bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq
Rusiya məhkəməsi "Google" şirkətini cərimələyib
Hoqland “Amerikanın Səsi”nə müsahibəsində fikrinin təhrif olunmasını Trend-ə şərh edib
Dr. Sevinc Gülmalıyeva: “Sevinirik ki, laboratoriyamızın intensiv fəaliyyəti sayəsində COVİD-19 xəstələrinə düzgün diaqnozun qoyulmmasında və onların sağalmasında bizim də payımız var”
Livanlı tarixçi: Livan ermənilərinin bütün livanlılar adından danışmaq hüququ yoxdur
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu təlimlər keçirəcək
İranda koronavirusdan ölənlərin sayı 18 616 nəfərə çatıb
244 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Mütəxəssis: İqtisadi fəal əhalinin ərazilər üzrə bölgüsünün stimullaşdırılması mexanizmi yaradılmalıdır
Kürdə batan Yevlax sakininin meyiti tapılıb
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB 2)
Azərbaycanın məşğulluq xəritəsi hazırlanır
Azərbaycan daşıyıcılarının Gürcüstan və Türkiyəyə giriş icazəsi bərpa edildi (FOTO)
İlahiyyat İnstitutu abituriyentlər müraciət edib
Bakıda 32, rayonlarda 35 dərəcəyədək isti olacaq
Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu təbrik edib
Qubada dağlıq ərazidə yanğın olub (FOTO)
Qubada evi tərk edən koronavirus xəstəsi aşkarlanıb (FOTO)
İsraildə keçirilən aksiyadan: Azərbaycan torpaqlarının azad edilməsinə gücümüz çatan səviyyədə töhfə verməyə hazırıq (FOTO)
Özünüməşğulluq proqramına cəlb olunan şəxslər təlim mərhələsi keçmədən aktivlərlə təmin olunacaq
"Qarabağ" - "Sileks" matçının vaxtı açıqlandı
Qəbələyə istirahətə gələnlər cərimələnib (VİDEO)
Sentyabrın 8-də özəlləşdirmə hərracına 61 dövlət əmlakı çıxarılacaq
Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib
Gəncədə qanunsuz narkotik saxlayan şəxs tutulub (FOTO)
Bütün xəbərlər