Bakı. Trend:
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Qeyd edək ki, M.Babayev bundan əvvəl ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışırdı.