...

Deputat: Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir

Siyasət Materials 26 Aprel 2018 08:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdən sonra ilk səfərini məhz Türkiyəyə etməsi iki ölkə arasında qardaşlığın, dostluğun göstəricisidir.
Deputat: Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdən sonra ilk səfərini məhz Türkiyəyə etməsi iki ölkə arasında qardaşlığın, dostluğun göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Süleymanov bildirib.

T.Süleymanov deyib ki, Prezident İlham Əliyevin bu səfəri və səfər zamanı keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası iki ölkə arasında əməkdaşlıqda yeni bir mərhələ açacaq. Bu, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir.

Millət vəkili qeyd edib ki, iclas çərçivəsində bir sıra sahələr üzrə imzalanan sənədlər iki qardaş ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə və hər iki ölkənin inkişafına xidmət edəcək.

Deputat vurğulayıb ki, Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir: “İki qardaş ölkə arasında əlaqələrin böyük tarixi var. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, biz “bir millət, iki dövlətik”. Rəcəb Tayyib Ərdoğan da iclasda bunu qeyd etdi və həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Türkiyənin daim Azərbaycanın yanında olmasını bir daha bəyan etdi. Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə qədər Azərbaycana dəstək verən ölkə olmayıb. Bu bizi çox sevindirir və inanırıq ki, iki ölkə arasında münasibətlər bundan sonra daha da möhkəmlənəcək”.

Deputat bildirib ki, Türkiyə ilə Azərbaycan iqtisadi sahədə də çox səmərəli əməkdaşlıq edir. T.Süleymanov vurğulayıb ki, iki qardaş ölkənin iştirakı ilə regionda irimiqyaslı və bütün dünya üçün səmərəli olan beynəlxalq layihələr həyata keçirilir: “Bu gün Türkiyə və Azərbaycanın iştirakı ilə reallaşan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yol xətti və digər böyük layihələr ciddi strateji əhəmiyyətə malikdir, regionda sühün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır və hər iki ölkənin beynəlxalq aləmdə nüfuzunu və rolunu artırır. Eyni zamanda, bu layihələr hər iki ölkəni beynəlxalq aləmdə nəqliyyat və enerji təhlükəsizliyinin təmin olunması sahəsində mühüm iştirakçıya çevirib. Bildiyiniz kimi, iki qardaş ölkə hazırda Cənub Qaz Dəhlizi layihəsi üzərində iş aparır. Əlbəttə, Türkiyə və Azərbaycanın iştirakı ilə həyata keçirilən bu layihə iki qardaş ölkənin dünyada rolunu və nüfuzunu daha da artıracaq, eyni zamanda, hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək”.

T.Süleymanov deyib ki, Türkiyə ilə Azərbaycan qarşılıqlı investisiya sahəsində də çox səmərəli əməkdaşlıq edir: “Hər iki ölkə bir-birinin iqtisadiyyatına iri məbləğdə investisiyalar yatırır. Rəcəb Tayib Ərdoğan da öz çıxışında Azərbaycanın Türkiyəyə ən çox investisiya qoyan ölkə olduğunu diqqətə çatdırdı. Bu gün Azərbaycan şirkətləri Türkiyədə, Türkiyə şirkətləri isə Azərbaycanda səmərəli fəaliyyət göstərir. Əlbəttə, bütün bu sadalanlar Türkiyə ilə Azərbaycan arasında dosluq və qardaşlıq münasibətlərinin nə qədər yüksək olduğunun göstəricisidir. Cənab Prezident İlham Əliyevin Türkiyəyə səfəri bu qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti