...

Prezident İlham Əliyev Syerra-Leonenin dövlət başçısını təbrik edib

Siyasət Materials 26 Aprel 2018 20:04 (UTC +04:00)
Prezident İlham Əliyev Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioya təbrik məktubu göndərib.
Prezident İlham Əliyev Syerra-Leonenin dövlət başçısını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Syerra-Leone Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz və ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, qarşıdakı fəaliyyətinizdə uğurlar, xalqınıza sülh və tərəqqi arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti