...

Bayram Səfərov: Ermənistanın yeni baş nazirinin Şuşaya getməsi qanun pozuntusudur

Siyasət Materials 10 May 2018 10:31 (UTC +04:00)
Ermənistanın yeni baş nazirinin Şuşaya getməsi qanun pozuntusudur.
Bayram Səfərov: Ermənistanın yeni baş nazirinin Şuşaya getməsi qanun pozuntusudur

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistanın yeni baş nazirinin Şuşaya getməsi qanun pozuntusudur.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov deyib.

B.Səfərov qeyd edib ki, N.Paşinyanın baş nazir kimi ilk səfərini Azərbaycanın işğal olunmuş ərazilərinə etməsi yanlış addımdır.

O, həmçinin Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsi məsələsinə də toxunub. B.Səfərov bildirib ki, bununla bağlı hələ heç bir gözlənti yoxdur:

"Ermənistanda yeni hökumət formalaşmalıdır. Yeni rəhbərlik əgər Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəksə, Ermənistanın vəziyyəti yaxşılaşa bilər. Yoxsa onların vəziyyətin əvvəlkindən də pis olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti