...

Prezident: Serbiya Azərbaycan şirkətlərinə subsidiyalar verməyə hazırdır (YENİLƏNİB)

Siyasət Materials 22 May 2018 14:27 (UTC +04:00)
Serbiya azərbaycanlı sahibkarları ölkə iqtisadiyyatının bir sıra sahələrinə investisiya qoymağa çağırır.
Prezident: Serbiya Azərbaycan şirkətlərinə subsidiyalar verməyə hazırdır (YENİLƏNİB)

İlk xəbər saat 12:22-də yayımlanıb

Bakı. Ənvər Məmmədov - Trend:

Serbiya azərbaycanlı sahibkarları ölkə iqtisadiyyatının bir sıra sahələrinə investisiya qoymağa çağırır.

Trend-in məlumatına görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Bakıda keçirilən Azərbaycan-Serbiya işgüzar görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Serbiya Azərbaycan şirkətlərinə müxtəlif güzəştlər, imtiyazlar və subsidiyalar verməyə hazırdır:

“Siz Serbiyada istənilən sahəyə investisiya yerləşdirə bilərsiniz və investisiyanın həcmindən asılı olaraq biz 15 faizdən 20 faizədək güzəştlər tətbiq edirik. Mən azərbaycanlı sahibkarları daşınmaz əmlaka, hotel işlərinə, səhiyyə və digər sahələrə investisiya qoymağa çağırıram. İnvestorlara vergi güzəştləri və müxtəlif subsidiyalar təqdim olunacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti