...

Serbiya Prezidentinin Azərbaycana səfəri başa çatıb

Siyasət Materials 22 May 2018 15:53 (UTC +04:00)
Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfəri mayın 22-də başa çatıb.
Serbiya Prezidentinin Azərbaycana səfəri başa çatıb

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfəri mayın 22-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Serbiya Prezidenti A.Vuçiçi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti