...

Türkiyə-Azərbaycan birgə təlimində iştirak edən hərbi kontingent Naxçıvana qayıdıb (FOTO)

Siyasət Materials 4 İyun 2018 18:06 (UTC +04:00)
Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.
Türkiyə-Azərbaycan birgə təlimində iştirak edən hərbi kontingent Naxçıvana qayıdıb (FOTO)

Bakı. Trend:

Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, birgə taktiki təlimin son günü “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Tədbirdə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusunun komandanı ordu generalı İsmail Serdar Savaşın və Azərbaycan Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti