...

Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk səfiri ilə görüşüb

Siyasət Materials 6 İyun 2018 16:20 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk səfiri Mariya Milaqros Kastanyon Seoaneni qəbul edib.
Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk səfiri ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk səfiri Mariya Milaqros Kastanyon Seoaneni qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Nazir E.Məmmədyarov M.Seoaneni Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir M.Seoane fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti