...

Azərbaycanla Hindistan arasında vizasız gediş-gəliş barədə saziş təsdiq edilib

Siyasət Materials 12 İyun 2018 12:38 (UTC +04:00)
Azərbaycanla Hindistan arasında vizasız gediş-gəliş barədə saziş təsdiq edilib.
Azərbaycanla Hindistan arasında vizasız gediş-gəliş barədə saziş təsdiq edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanla Hindistan arasında müəyyən kateqoriyalı şəxslərin vizasız gediş-gəlişi barədə saziş təsdiq edilib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" sazişin təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra saziş təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti