Prezident İlham Əliyev yeni sürücülük vəsiqələri ilə bağlı qanuna dəyişiklikləri təsdiq edib

Prezident İlham Əliyev yeni sürücülük vəsiqələri ilə bağlı qanuna dəyişiklikləri təsdiq edib

Bakı. Trend:

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1172-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinə tapşırılır:

- Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

- “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin I hissəsinə uyğun olaraq, sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini üç ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin;

- həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Fərmana aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilir:

“2.4-1. həmin Qanunun 34-cü maddəsinin I hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;”.

Qanuna aşağıdakı məzmunda 25-1-ci – 25-3-cü bəndlər əlavə edilsin:

“25-1) trisikl - işçi həcmi 50 kub santimetrdən çox olan daxiliyanma mühərriki ilə hərəkətə gətirilən və ya mühərrikinin tipindən asılı olmayaraq, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olan və orta uzununa müstəviyə nəzərən simmetrik yerləşən üçtəkərli mexaniki nəqliyyat vasitəsidir;

25-2) yüngül kvadrisikl - yüksüz vəziyyətdə kütləsi 350 kiloqramdan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) çox olmayan dördtəkərli aşağıdakı mexaniki nəqliyyat vasitələridir:

işçi həcmi 50 kub santimetrdən çox olmayan məcburi alışdırmalı daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;

maksimal effektiv gücü 4 kVt-dan çox olmayan digər növ daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;

uzunmüddətli yüklənmə rejimində mühərrikinin nominal maksimal gücü 4 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri;

25-3) kvadrisikl – bu Qanunun 1-ci maddəsinin 25-2-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri istisna olmaqla, yüksüz vəziyyətdə kütləsi 400 kiloqramdan (yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kiloqramdan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli dördtəkərli mexaniki nəqliyyat vasitəsidir;”;

II hissə aşağıdakı redaksiyada verilir:

“II. Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:

1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;

2) asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;

3) “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan;

4) “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan (müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);

5) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);

6) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);

7) “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 25 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə iki ildən az olmamaq şərtilə);

8) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə).”.

Aşağıdakı məzmunda II-I hissə əlavə edilir:

“II-I. Hərbi qulluqçular “CE”, “D”, “DE” kateqoriyalarına və “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu 19 yaşdan əldə edə bilərlər.”.

III hissə aşağıdakı redaksiyada verilir:

“III. Sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:

1. vəsiqə sahibinin soyadı;
2. vəsiqə sahibinin adı və atasının adı;
3. vəsiqə sahibinin doğulduğu tarix və yer;
4a. vəsiqənin verildiyi tarix;
4b. vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix;
4c. vəsiqəni vermiş qurumun adı və ya möhürü;
4d. vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi;
5. vəsiqənin nömrəsi;
6. vəsiqə sahibinin fotoşəkli;
7. vəsiqə sahibinin imzası;
8. vəsiqə sahibinin yaşayış yeri;
9. vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitələrinin kateqoriyaları (altkateqoriyaları);
10. hər bir kateqoriyanın (altkateqoriyanın) verildiyi tarix;
11. hər bir kateqoriyanın (altkateqoriyanın) etibarlılıq müddətinin qurtardığı tarix;
12. hər bir kateqoriya (altkateqoriya) haqqında əlavə məlumat və ya məhdudiyyətlər (eynəklə idarəetmə və ya yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun verildiyinə dair qeyd);
14. qeydiyyat və ya yol hərəkətinin təhlükəsizliyinə aid olan digər məlumatlar (vəsiqə sahibinin qan qrupu və ya “əlil” tanınma nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun verildiyinə dair qeyd).”;

IV hissə üzrə aşağıdakı məzmunda 2-1, 3-1, 4-1, 6-1 və 7-1-ci bəndlər əlavə edilir:

“2-1) “B1” – bu Qanunun 1-ci maddəsinin 25-3-cü bəndində nəzərdə tutulmuş kvadrisiklləri idarə etmək üçün;

3-1) “C1” - “D” kateqoriyasına və “D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

4-1) “D1” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

6-1) “C1E” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

7-1) “D1E” - sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;”;

Bundan başqa, VI hissə aşağıdakı redaksiyada verilir:

“VI. Sürücülük vəsiqəsindəki məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində qeyd olunur.”;

Aşağıdakı məzmunda IX hissə əlavə edilir:

“IX. A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi müvafiq olaraq A1, B1, C1, D1, C1E və D1E alkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edir.”.

Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

2019-cu il yanvarın 1-dək verilmiş sürücülük vəsiqələri, onların dəyişdirilməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar müəyyənləşdirilənədək qüvvədə qalır.

Şəxs sürücülük vəsiqəsinin yeni nümunəli sürücülük vəsiqəsinə dəyişdirilməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olmadan da müraciət edə bilər. Bu halda sürücülük vəsiqəsi “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinin VII hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir.

Bank VTB-nin (Azərbaycan) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Bank VTB-nin (Azərbaycan) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart və endirimli kredit
Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart və endirimli kredit
İyulun 13-də dolların manata qarşı məzənnəsi
İyulun 13-də dolların manata qarşı məzənnəsi
Loading Bars
Xəbər lenti
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 228 mindən çox artıb
Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının cari tədris ilində sonuncu iclası keçirilib (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 1 493 nəfər sağalıb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Çin 23 xarici müəssisədən ət məhsulları idxalını dayandırıb
Lavrov: BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Azərbaycan Prezidentinin təşəbbüsü ilə bağlı müzakirələr başlanır
Bu yollarda xətlənmə işləri aparılacaq
"Facebook" digər proqramların işinə çətinlik törədən qüsuru aradan qaldırmağa çalışır
Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub (FOTO)
Ədliyyə Nazirliyi: İşçilər və məhkumlardan 13 minədək test götürülüb, 18 nəfərdə virus aşkarlanıb
Pambıq sahəsində dronla zərərvericilərə qarşı kimyəvi mübarizə aparılıb (FOTO)
Komitə: Auditin nəticələri əsasında tədbirlər keçirilir
Türkiyədə bir tondan çox narkotik müsadirə olunub
Bank VTB-nin (Azərbaycan) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Rasim Quliyev: Mərdliyi, qəhrəmanlığı olmayan adamlardan koroğlular ola bilməz
Aya Sofya muzey deyil, məscid olacaq
BNA-nın ünvanına səsləndirilən tənqidlər qərəzlidir - Rəy
Aİ-nin yeddillik büdcə planı fikir ayrılıqlarına görə azaldılacaq
Bu həftəsonu da ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
ÜST ekspertləri koronavirusu araşdırmaq üçün Çinə yol düşüb
Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur - PA rəsmisi
DTX XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırovun həbsi ilə bağlı məlumat yaydı
YAP İcra Katibiyində “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib (FOTO)
Koronavirusla mübarizə aparan tibb işçiləri maksimum xüsusi geyimlə təmin olunur - Aparat rəhbəri
ABŞ səfirliyi 2020-2022-ci İllər üçün jurnalistika üzrə magistr proqramını elan edir
Hikmət Hacıyev: Gələn həftə ərzində xarici ölkələrdən Azərbaycan vətəndaşlarının gətirilməsi davam etdiriləcək
Bakı üzrə iyul ayının pensiyaları ödənildi
Nadir Zeynalov: Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur
Metronun bağlanmasının səbəbi açıqlandı
Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev
Sərt karantin rayonlarının bəziləri siyahıdan çıxarıla bilər - RƏSMİ AÇIQLAMA
TƏBİB çimərliklərlə bağlı açıqlama verib
Karantin müddətində xəstələrin bölgələrdən Bakıya xəstəxanalara gəlməsinə icazə verilir - TƏBİB
Bakıda koronavirusdan evdə müalicə olunanların sayı açıqlanıb
Hazırda biz yoluxma sayında eyniləşmə, sabitlik əldə etmişik - Yaqut Qarayeva
Ağstafanın keçmiş icra başçısı və müavinin həbs müddəti uzadıldı
Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu (VİDEO)
Respublikaya daxil olan bütün sürücülər test edilir - TƏBİB
Həftəsonu sərt karantin ərazilərində dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək - Şöbə müdiri
ABŞ-da növbəti dəfə rekord sayda yoluxma qeydə alındı
TƏBİB-ə müxtəlif idarə və təşkilatlardan əməkdaşlarının test edilməsi üçün tez-tez müraciətlər olur - Şöbə müddiri
TƏBİB: Virusa yoluxan şəxsin 21 gündən sonra yenidən test verməsi vacib deyil
Azərbaycanın xaricdə xidmət aparan hərbçisi koronavirusa yoluxub
Məhkəmə Faiq Bağırov barəsində ilkin qərar verib (ƏLAVƏ OLUNUB )
XİN-in Konsulluq İdarəsinin daha bir əməkdaşı həbs edildi
Hikmət Hacıyev: İctimai nəqliyyatdan istifadə edirəm
Bakıda yaradılan COVİD məntəqələrinə gün ərzində 700-800 müraciət edilir - Nadir Zeynalov
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyası işə başlayır
Azərbaycan vətəndaşlarına xarici ölkələrə səfərlərdən çəkinmək tövsiyə edilir - Hikmət Hacıyev
İş yerlərinin sayı azaldıldıqdan sonra metro bağlandı - Yaqut Qarayeva
Hikmət Hacıyev: Pandemiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Kubadan Azərbaycana həkim heyətinin gəlməsi nəzərdə tutulur
Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart və endirimli kredit
İyulun 13-də dolların manata qarşı məzənnəsi
Azərbaycandakı xəstələrin müalicəsi üçün xaricdən mütəxəssislər cəlb olunub - TƏBİB
Daha 60 gün karantin rejiminin tətbiq olunacağı barədə xəbərlər şayiədir - Hikmət Hacıyev
“İki sahil”in nəşrə başlamasından 29 il ötür
Yoluxma və sağalma sayı eyniləşir - Şöbə müdiri
Yaqut Qarayeva: Yaya görə karantinlə bağlı şikayətlər daxil olur
Azərbaycanda bu gün 526 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 8 nəfər ölüb
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
ABŞ xüsusi təyinatlılarında ilk dəfə qadın xidmət edəcək
Səhiyyə Nazirliyi: Bütün COVİD məntəqələri və bu məntəqələrin yerləşdiyi poliklinikaların hamısı qoruyucu vasitələrlə təmin edilib
İsmayıllıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb
"Unibank" özünüməşğulluq layihəsi çərçivəsində Qarabağ müharibəsi döyüşçüsünün arzusunu reallaşdırdı (FOTO)
Gənclər arasında “I Respublika Virtual Debat Çempionatı” keçiriləcək
Əgər kredit vermiriksə, müştərinin əlinin yanmasını istəmirik - Yelo Bankın sədri
Bu yollarda hərəkət qismən məhdudlaşdırılır
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasına yeni sədr seçilib
"Kaspersky" zərərsiz proqramların yayılmasının qeyri-adi sxemini aşkarlayıb - Aktiv olmayan domenlər vasitəsilə
Bu gün keçirilən qəbul imtahanlarından 2 nəfər xaric olunub
Rusiyada koronavirus vaksininin sınaqlarının son mərhələsi başlayıb
Azərbaycan Silahlı Qüvvələri Günü ilə bağlı Bolqarıstan KİV-də məqalələr dərc olunur (FOTO)
Biləsuvarda qızını evdə zəncirləyən ata tutulub - Baş Prokurorluq
Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər təqdim edilib (FOTO)
“Bergen Anlaşması”nın müddəaları ilə bağlı fikir mübadiləsi aparılıb (FOTO)
Göygöldəki kafelərdə reyd keçirilib, bir neçə nəfər cərimələnib (FOTO)
Latviya aviaşirkəti gələn ildən Bakıya uçuşlar həyata keçirəcək
Ötən ay “Azəriqaz”da 3132 yeni abonent qeydiyyata alınıb
İranda daha 142 nәfәr koronavirusdan ölüb
BNA avtobuslarda sərnişin sıxlığına aydınlıq gətirdi
COVİD-19 xəstələrinin evdə müalicə edilməsi ilə bağlı qərarın verilməsinə BU AMİLLƏR də təsir göstərir
Yeni nəsil kombaynlar Siyəzən, Xızı və Qusarın dağlıq və dağətəyi zonalarında biçinə başlayıb (FOTO)
Siyəzəndə maskadan istifadə etməyən, icazəsiz yaşayış yerini tərk edənlər cərimələnib (FOTO)
Rabitəbankdan Elektron ticarət tariflərinə endirim
Kliniki Tibbi Mərkəzin daha bir həkimi koronavirusa yoluxdu
Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb
Maştağadakı tarixi hamamın təmizlənməsi işlərinə başlanılıb (FOTO)
BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası çağırılacaq
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Niyə əmanətlərinizi bankdan götürməməlisiniz? Yelo Bankın sədri izah edir
Rusiyalı mütəxəssislər Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə xoş fikirlər səsləndiriblər (FOTO)
Baş Prokurorluq əsgər ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
Azər Türk Bankdan fərdi sahibkarlar üçün sərfəli kredit kartı
Şirvan şəhərində 68 mənzilli yaşayış binası şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verildi (FOTO)
164 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirildi, 93 müəssisədə qayda pozuntusu aşkarlandı (FOTO)
Rezidenturaya qəbul olmaq istəyənlər üçün yenidən sənəd qəbulu başladı
PAŞA Bank uşaqları antiseptik vasitələrlə təmin etmək məqsədi ilə keçirilən sosial layihəyə dəstək verdi
Azərbaycanda pandemiya dövründə bu sahələrdə maaş daha yüksək olub
Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya və zəmanət verəcək - Vüsal Qasımlı
Bütün xəbərlər