Bakı. Trend:
Prezident İlham Əliyev “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və sözügedən abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Dövlət Turizm Agentliyinə 1,2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.