Prezident İlham Əliyev Maştağada 28 nömrəli tam orta məktəbin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB-2)

Prezident İlham Əliyev Maştağada 28 nömrəli tam orta məktəbin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB-2)

Bakı. Trend:

Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məktəbin direktoru Qənirə Əmircanova Prezident İlham Əliyevə yeni məktəb binasında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, bu təhsil ocağının təməli 2017-ci ilin sentyabrında qoyulub. Məktəbin həyətində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, açıq havada idman meydançası yaradılıb. Qeyd olundu ki, Savalan yaşayış massivinin əhalisinin sayı 25 min nəfərdən çoxdur. Əvvəllər yaşayış massivində məktəb olmadığından şagirdlər təhsillərini rayonun Maştağa, Zabrat və digər qəsəbələrindəki təhsil ocaqlarında alırdılar. Üçmərtəbəli yeni məktəb binasının inşaat işləri yüksək keyfiyyətlə yerinə yetirilib.

Sonra dövlətimizin başçısı məktəbin bir qrup müəllim və şagirdi ilə görüşdü.

Azərbaycan Prezidenti görüşdə çıxış etdi:

- Sabahınız xeyir olsun, mən sizi ürəkdən salamlayıram və qarşıdan gələn yeni dərs ili münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Yeni dərs ili ərəfəsində biz Maştağa qəsəbəsinin Savalan yaşayış massivində yeni məktəbin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.

Bu məktəb sakinlərin xahişi ilə tikilib. Mənə verilən məlumata görə, bu yaşayış massivində məktəb yox idi. Ona görə həm uşaqlar, həm valideynlər böyük əziyyət çəkirdilər. Göstəriş verildi və qısa müddət ərzində belə gözəl məktəb tikildi. 960 şagird yerlik məktəbdə indi oxumaq, işləmək üçün bütün şərait yaradılıb. Ərazisi də böyükdür. Böyük idman meydançası var. Yəni, burada işlər ən yüksək səviyyədə aparılıb. Hesab edirəm, bu gözəl təşəbbüs bir daha onu göstərir ki, Azərbaycanda təhsilə çox böyük diqqət yetirilir.

Əlbəttə, harada ki, məktəbin inşasına ehtiyac var, biz orada mütləq məktəb tikintisi ilə məşğul oluruq, o cümlədən bu yerdə. Demək istəyirəm ki, bu il bütövlükdə Bakı şəhərində 19 məktəb tikilib və əsaslı təmir olunub. Demək olar ki, Bakı şəhərinin məktəblərinin əksəriyyəti artıq yaxşı vəziyyətdədir. Hələ də təmirə ehtiyacı olan məktəblər var və biz onları gələn illərdə təmir edəcəyik. Ölkəmizdə isə bu il 200-dən çox məktəb tikilib və təmir olunub. Ucqar kəndlərdə, kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. O kəndlərdə ümumiyyətlə məktəblər qəzalı vəziyyətdə idi. Qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramı da ümid edirəm ki, gələn il başa çatacaq. Beləliklə, Azərbaycanda məktəb fondu ən müasir standartlara cavab verəcək. İstəyirəm ictimaiyyət onu da bilsin ki, son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir.

Məktəbdə uşaqlar yaxşı oxumalıdır. Bir halda ki, belə gözəl şərait var, burada təhsilin keyfiyyəti də yüksək olmalıdır. Məktəb, eyni zamanda, müəllimlərin iş yeridir və müəllimlərin şəraiti də yaxşılaşır. Müəllim olmaq istəyənlərin sayı artır, müəllim peşəsinin hörməti artır və bu, çox sevindirici haldır. Çünki müəllim uşaqların, gənclərin tərbiyə olunmasında valideynlərlə bərabər aparıcı rol oynayır.

Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Mənə verilən məlumata görə, bu il 500-dən artıq bal toplayan 2 mindən çox abituriyent müəllim peşəsini seçib. Bu, müəllim peşəsinə olan marağın ən bariz nümunəsidir. Müqayisə üçün deməliyəm ki, 2016-cı ildə 500-dən çox bal toplayan abituriyentlərin cəmi 1 nəfəri müəllim peşəsini seçmişdi, indi isə 2 min. Bu, ilk növbədə, məktəb fondunun müasirləşdirilməsini, məktəblərin əksəriyyətində gözəl şəraitin olmasını, müəllimlərin məişət problemlərinin həllini göstərir. Son illər ərzində müəllimlərin maaşları əhəmiyyətli dərəcədə artıb və cəmiyyətdə müəllimə olan ənənəvi hörmət bərpa edilir. Bu, çox sevindirici haldır. Ona görə müəllimlərin problemlərinin həlli üçün gələcəkdə də işlər aparılacaq. Təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır. Biz bunu müxtəlif göstəricilərdə görürük və ümid edirəm ki, bu uğurlu proses bundan sonra da davam etdiriləcəkdir.

Uşaqlar isə yaxşı oxumalıdırlar, gələcəkdə cəmiyyətdə layiqli yer tutmaq üçün, ilk növbədə, gərək bilikli, savadlı olsunlar. Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bu, çox gözəl göstəricidir. Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr var. Təbii ehtiyatlar, neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət siyasətidir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz. Ona görə, ilk növbədə, uşaqlar maraqlı olmalıdırlar ki, yaxşı oxusunlar və gələcəkdə həm özləri üçün gözəl həyat qursunlar, həm ölkəmizin inkişafına töhfə versinlər. Əlbəttə ki, gənclərin tərbiyəsi ilə bağlı həm müəllimlər, həm valideynlər ciddi məşğuldurlar və mən bunu alqışlayıram. Azərbaycan gəncləri vətənpərvər gənclərdirlər və bundan sonra da bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə almalıdırlar.

Bilirsiniz ki, bu gün ölkəmizin dünyadakı rolu, əhəmiyyəti artır. Bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə icra edilə bilməz. Yaşadığımız regionda bizim siyasətimizdən, qərarımızdan çox şey asılıdır. Əlbəttə, bu amili nəzərə alaraq Azərbaycana təsir etmək istəyən xarici qüvvələrin də sayı az deyil. Azərbaycan vətəndaşları bunu bilirlər. Ancaq bizim çox güclü siyasi iradəmiz qoymur ki, Azərbaycanı hansısa avantüralara, yaxud da bizim milli maraqlarımıza uyğun olmayan təşəbbüslərə çəksinlər. Ona görə ki, bizim çox güclü siyasi iradəmiz, güclü iqtisadi potensialımız var. Biz müstəqil siyasət aparırıq, heç kimdən asılı deyilik. Hesab edirəm, Prezident kimi fəaliyyətim dövründə bu əsas nəticələrdən biridir ki, bu gün Azərbaycan tam müstəqil siyasət aparır. O siyasət ki, milli maraqlar və ənənəvi dəyərlər üzərində qurulubdur və elə etməliyik ki, gələcək nəsil də öz gələcəyini bu istiqamətdə görsün. Gələcək nəsil də, ilk növbədə, vətənpərvər olmalıdır, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaqdır. Belə olan halda Azərbaycan daim müstəqil siyasət aparacaq. Çünki bizim siyasətimiz həyatda öz əksini tapıb. İndi baxın, dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar, müharibələr, iqtisadi-sosial böhranlar, inqilablar geniş vüsət alıb. Təhlükə mənbələri getdikcə artır. Getdikcə daha çox narahatedici məqamlar üzə çıxır. Ancaq Azərbaycan sabitlik məkanıdır. Azərbaycanda insanlar sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda sosial və iqtisadi məsələlər öz həllini tapır. İndi baxın, ölkəmizə nə qədər böyük investisiyalar qoyulur. Əgər biz təkcə təhsil sahəsini götürsək, üç min məktəbin tikintisi böyük maliyyə vəsaiti tələb edir. Yollar, su xətləri, elektrik xətləri, qazlaşdırma, hərbi gücümüzün möhkəmləndirilməsi, energetika və nəqliyyat layihələrimiz. Bütün bunları biz öz hesabımıza etmişik. Bu gün dünya miqyasında, xüsusilə yaşadığımız regionda Azərbaycan seçilən ölkələrdəndir. Sülh, əmin-amanlıq, inkişaf, sosial rifah Azərbaycanda təmin edilir və bundan sonra da təmin olunacaq. Çünki bizim gələcəyimizlə bağlı heç bir narahatlıq, heç bir şübhə yoxdur. Çünki biz bundan sonra da ancaq inkişaf yolu ilə gedəcəyik.

Bunu təmin etmək üçün biz, ilk növbədə, daha güclü olmalıyıq. Bir daha demək istəyirəm ki, bizim siyasətimizə heç bir qüvvə təsir edə bilməz. Bunu son 15 il ərzindəki vəziyyət dəfələrlə təsdiqləyib. Siz gənclər gələcəkdə Azərbaycanı idarə edəcəksiniz. Ölkəmizin, xalqımızın taleyi sizdən asılı olacaq. Ona görə siz həmişə bilməlisiniz ki, ilk növbədə, milli maraqlardır, ilk növbədə, Vətənin xoşbəxtliyidir, ilk növbədə, müstəqil siyasət aparılmalıdır. Əlbəttə ki, valideynlər, müəllimlər, bütövlükdə cəmiyyət bu işdə öz rolunu oynayır və oynayacaq. Belə gözəl məktəbdə oxumaq və tərbiyə almaq üçün bütün şərait var.

Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun.

X X X

Dövlətimizin başçısına yeni məktəb binasının inşasına görə minnətdarlığını bildirən valideyn Hacıbala BABAYEV dedi:

-Cənab Prezident, Maştağa sakinləri adından Sizi ürəkdən salamlayır və Sizə “Xoş gəlmisiniz!” deyirik.

Cənab Prezident, bu gün bizim çoxdan arzuladığımız bir gündür. Bu yeni təhsil ocağı övladlarımızın xoş gələcəyini göstərir.

Cənab Prezident, biz bu münasibətlə Sizə Maştağa qəsəbəsinin və yeni yaşayış massivinin sakinləri adından ürəkdən “Çox sağ olun!” deyirik. Sizi əmin edirik ki, bu məktəbdə təhsil alacaq gənclərimiz gələcəkdə dövlətinə, millətinə, Prezidentinə layiqli övladlar olacaqlar.

Uzun illərdir ki, cənab Prezident, bizim övladlarımız çətinliklə uzaq məsafə qət edərək təkcə Maştağa qəsəbəsindəki orta məktəblərdə deyil, rayonumuzun digər qəsəbələrindəki məktəblərdə də təhsil alırdılar. Bu da övladlarımız üçün çətinlik yaradır, biz valideynləri narahat edirdi. Çox sağ olun ki, cənab Prezident, Sizin təhsilə və biz sakinlərə göstərdiyiniz qayğının nəticəsində bu narahatlığımıza son qoyuldu.

Cənab Prezident, biz daim Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik və həmişə Sizinləyik.

Möhtərəm cənab Prezident, biz sakinlər adından Sizə, Sizin ailənizə, övladlarınıza cansağlığı, uzun ömür, işlərinizdə yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayırıq. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun.

X X X

Dövlətimizin başçısı müəllimlərlə söhbət etdi.

Müəllimə Arizə Mahmudova: Cənab Prezident, Sizi salamlayırıq, “Xoş gəlmisiniz!” deyirik. Tikilən bu möhtəşəm bina bizim narahatlığımıza son qoydu. Buna görə də Sizə dərindən minnətdarıq, Allah Sizi var eləsin!

Prezident İlham Əliyev: Çox sağ olun. Burada neçə müəllim işləyir?

Direktor Qənirə Əmircanova: 70 müəllim fəaliyyət göstərəcək. 960 nəfərlik şagird heyəti nəzərdə tutulub. İnşallah, çox yaxın müddət ərzində məktəb fəaliyyətə başlayacaq.

Prezident İlham Əliyev: Bəli, mütləq. Müəllimlər başqa məktəblərdən gəliblər.

Qənirə Əmircanova: Bəli, nümunəvi məktəblərdən seçiləcək. Çünki bu cür məktəbdə elə müəllimlər işləməlidirlər ki, həqiqətən layiqli olsunlar.

Prezident İlham Əliyev: Təhsilin səviyyəsi yüksək olmalıdır. Uşaqlar da gedib Maştağa qəsəbəsində oxuyurdular.

Qənirə Əmircanova: Bəli, kənar yerdə oxuyurdular.

Prezident İlham Əliyev: Məsafə də uzaqdır. Hər gün get-gəl çətinlik yaradırdı. Savalan yaşayış massivində son illər əhali artıb.

Qənirə Əmircanova: Bəli, 30 minə yaxınlaşıb, 25 mindən artıqdır.

Prezident İlham Əliyev: Yəqin ki, gələcəkdə bir məktəbin tikintisinə də ehtiyac olacaq.

Qənirə Əmircanova: Bizim orada sahəmiz də var. Planlaşdırılır, hərtərəfli perspektiv düşünülüb, ehtiyac olarsa tikilər. Bütün sakinlər adından Sizə sonsuz dərəcədə minnətdarıq.

Prezident İlham Əliyev: Yaxşı ki, siz bu məsələni qaldırdınız. Mənə məlumat çatan kimi dərhal göstəriş verdim ki, tezliklə məktəb tikilsin. Bu, bir daha onu göstərir ki, bu məsələlər gərək ictimaiyyət tərəfindən qaldırılsın. Mən dəfələrlə çıxışlarımda demişəm ki, Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır. Çünki ölkəmizdə hələ də bizi narahat edən məsələlər kifayət qədər var və onları həll etmək üçün gərək bizdə məlumat olsun. İctimai nəzarət, ictimaiyyətin fəallığı olmadan bəzi hallarda bu məlumat da bizə çatmır. Ona görə bir daha bu fürsətdən istifadə edərək Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm. Öz xahişlərini, onları narahat edən məsələləri çatdırsınlar ki, biz də onları həll edək.

Qənirə Əmircanova: Biz də çox sevinirik ki, Siz buna dərhal reaksiya verirsiniz. Yəni, bunu arxa plana keçirmirsiniz. Elə bil ki, bu, Sizin stolunuzun üstündə gündəlik bir məsələdir. Bu, sakinləri, bütün xalqı, bütün milləti çox sevindirir.

Prezident İlham Əliyev: Belə də olmalıdır. Mənim işim elə bundan, mövcud olan problemləri həll etməkdən ibarətdir ki, insanları narahat edən məsələlər aradan götürülsün. İnsanlar daha da yaxşı, rahat yaşasınlar və daha da çox iş görə bilək. Ona görə hesab edirəm ki, bu məktəbin tikintisi belə gözəl təşəbbüsün təzahürüdür. Vətəndaşlar müraciət ediblər, biz isə tezliklə göstəriş verib bunu təşkil etmişik və bu gün burada yeni dərs ili ərəfəsində bərabər sevinirik.

Qənirə Əmircanova: Siz bizim sevincimizə qatıldığınız, bizimlə bərabər sevindiyiniz üçün biz ikiqat sevinirik.

Prezident İlham Əliyev: Bilirsiniz, mən qeyd etdim ki, bu il Bakı şəhərində 19 məktəb istifadəyə verilib. Bəziləri tikilib, bəziləri əsaslı təmir edilib. Adətən yeni dərs ili ərəfəsində mən məktəblərin vəziyyəti ilə tanış oluram. Əvvəlki illərdə adətən bir məktəb seçilirdi ki, biz bu məktəbdə öz sözümüzü deyək. Bu il mən xüsusilə bu məktəbi seçdim. Çünki bu məktəbin çox özəl yeri var, bax, dediyim bu məsələlərə görə. Ona görə bir daha sizi təbrik edirəm.

X X X

Daha sonra Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış oldu.

Diqqətə çatdırıldı ki, təhsil müəssisəsi 960 şagird yerlikdir. Burada sinif otaqları bütün zəruri dərs ləvazimatları ilə təchiz edilib. Məktəbdə birinci sinif şagirdləri üçün hələlik 5 sinfin açılması nəzərdə tutulur. Onların hər birində 24 şagirdin təhsil alması planlaşdırılıb. Ehtiyac yarandığı halda əlavə siniflərin açılması üçün də imkanlar var. Birinci siniflərin şagirdləri dərslik və məktəbli çantaları ilə təmin olunublar. Ümumilikdə, məktəbdə kimya, fizika, biologiya, hərbi, informatika, texnologiya, fənn kabinetləri və laboratoriyalar, müəllimlər, tibb, arxiv otaqları var. Məktəbin fizika, kimya və biologiya laboratoriyalarında şagirdlərin nəzəri biliklərini artırmaları üçün hərtərəfli imkan yaradılıb. Gənclərin çağırışaqədərki hazırlıq kabineti də zəruri avadanlıqla təchiz olunub.

Təhsil müəssisəsindəki əmək təlimi otaqlarında şagirdlər bacarıqlarını nümayiş etdirə və peşə vərdişlərini üzə çıxara biləcəklər. Məktəbin zəngin kitabxanası da müasir səviyyədə qurulub. Şagirdlərin ixtiyarına veriləcək oxu zalında mütaliə etmək üçün hər cür şərait var. 200 nəfərlik akt zalında isə müxtəlif kütləvi tədbirlərin keçirilməsi üçün bütün imkanlar yaradılıb. Şagirdlər ümumi sahəsi 540 kvadratmetr olan və bütün zəruri avadanlıqla təchiz edilən zalda idmanla məşğul ola biləcəklər.

Burada yaradılan şərait bir daha sübut edir ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsilin inkişafı istiqamətində aparılan islahatlar bu sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Bütün bu işlər həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Bu, hər şeydən əvvəl Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin müasir, intellektual və savadlı yetişməsi üçün dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir. Odur ki, son illər təhsil sahəsinə qoyulan investisiyalar, o cümlədən yeni-yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrində yeni korpusların tikilməsi və əsaslı təmirin aparılması mühüm əhəmiyyət kəsb edir.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Laçın və Zəngilanda da aeroport tikmək planımız var
Dünyaca məşhur fotoqraf Reza Deqati Xocalı faciəsi barədə fotofaktları təqdim edib
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Qazaxıstan səfirliyi Xocalı faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib
Bu gün bütün ölkə ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
Ağdam rayonunun Tərnöyüt kəndi (FOTO/VİDEO)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
“Xocalı ağrısından gələcəyə baxış” adlı beynəlxalq onlayn konfrans keçirilib (FOTO)
Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib (FOTO)
Xocalı soyqırımı qurbanlarının qisası alındı - Deputat
“Xocalı soyqırımını unutmayaq” müsabiqəsininin qalibləri müəyyən edilib (FOTO)
Bəşəriyyətə qarşı bu cinayəti unutmadıq, unutmayacağıq - Mövlud Çavuşoğlu
Azərbaycan ilk dəfə Xocalı faciəsini qalib ölkə kimi anır - ADA Universitetinin rektoru
Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirir - CANLI
Regionda yeni reallıq yaransa da, Ermənistanın düşmənçilik ritorikası davam edir - Nazir
Bakının əsas prospektlərinin birində qəza olub
Dünya dövlətləri Ermənistanın minaların xəritəsini gizlətməsinə səssiz qalmamalıdır - XİN rəhbəri
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər (VİDEO)
44 günlük müharibədə də Ermənistan tərəfdən eyni terror taktikasının şahidi olduq - Ceyhun Bayramov
Baş Prokurorluq Xocalı soyqırımının ildönümü ilə bağlı videoçarx hazırlayıb
Biz Xocalı soyqırımının günahsız qurbanları üçün ədalət tələb edirik - Hikmət Hacıyev
Gənclər təşkilatları Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Xocalı faciəsini törədənlər ədalət məhkəməsi qarşısında cavab verəcəklər - Naqif Həmzəyev
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ilk eksponatları (FOTO)
Fevralın 26-da xarici valyutaların manata qarşı məzənnələri
XİN Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanat yayıb
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz (FOTO)
Xocalı dəhşətləri anbaan: Şahidlər ilk dəfə olaraq hadisə yerlərində danışır - Trend TV-nin reportajı
Beynəlxaq məhkəmə Xocalı soyqırımını tanımalıdır - Politoloq
Cəlilabad rayonunda 4 otaqlı ev yanıb
Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı (FOTO/VİDEO)
Xocalı soyqırımı tarixdə ən amansız qətliam kimi qalacaq - Sevil Mikayılova
Xocalı qətliamı ABŞ-ın Yuta Universitetində müzakirə olundu
Yaponiyada fövqəladə vəziyyət rejimi paytaxt bölgəsi xaricində hər yerdə vaxtından əvvəl ləğv ediləcək
ÜST: Dünyada ötən sutka koronavirusa 421 mindən çox yoluxma qeydə alınıb
Almaniyada Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş ənənəvi simpozium keçirilib (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 6 210 nəfər sağalıb
Varşavadakı Azərbaycan Evində Xocalıya həsr olunmuş sərgi təşkil edilib ( FOTO)
ABŞ-ın 5 ştatında "Xocalıya ədalət!" tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Azərbaycan və Böyük Britaniya parlament dostluq qruplarının görüşündə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Xocalı soyqırımı qurbanlarının Bolqarıstanda yad edilməsinə çağırış edilib
"Arsenal" Avropa Liqasının 1/8 finalına çıxıb
XX əsrin faciəsi: Xocalı soyqırımından 29 il ötür
Mançester və Brayton şəhərlərində "Xocalıya ədalət!" tələbi ilə lövhələr yerləşdirilib (FOTO)
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
Qarabağ hazırda "Böyük Qayıdış" bölgəsidir, hərbiçilərimiz isə daim dövlətin diqqət mərkəzindədir - Arzu Nağıyev
Ottava şəhərindəki "Qarabağ” Azərbaycan dili məktəbində Xocalı soyqırımından danışılıb
Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu poçt markaları buraxılıb
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Polşada anılıb (FOTO)
Erik Rondolat: Azərbaycan Prezidenti bir lider olaraq vəziyyətdən düzgün çıxış yolunu tapa bildi
Britaniya hakimiyyəti ölkədə koronavirus üzrə təhlükə dərəcəsini aşağı endirib
Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Xocalı soyqırımı ilə bağlı bəyanat yerləşdirilib
İtalyan jurnalist: Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır
Göygöldə tikili yanıb
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
Vladimir Putin ilə Nikol Paşinyan arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev
Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi
Qeyri-formal məşğulluğun fəsadları: İnsanlar bu hüquqlarından məhrum olurlar
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli
Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir - Azay Quliyev
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO)
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə (FOTO)
Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu - Hərbi ekspert
ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir
Ağdamdakı dağıntılar rusiyalı jurnalistləri dəhşətə gətirdi - Trend TV-nin REPORTAJI
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri (FOTO)
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib (FOTO)
Azərbaycana gələn türkiyəli mütəxəssislər 520 nəfərə yardım edib
Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
Bütün xəbərlər