...

Deputat: Duma rəsmisinin işğal olunmuş ərazilərimizə qanunsuz səfəri Azərbaycan ictimaiyyətində xoşagəlməz təsəvvür yarada bilər

Siyasət Materials 12 Oktyabr 2018 12:34 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

"Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir. Prezident İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin də görüşü bunu bir daha göstərir. Amma təəssüflə deməliyəm ki, oktyabrın 7-də bir qrup rusiyalı qadın Azərbaycanın işğal olunmuş ərazisinə - Dağlıq Qarabağa qanunsuz səfər edib".

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, həmin qrupda Rusiya Dövlət Dumasının Beynəlxalq işlər üzrə komitəsinin sədr müavini Svetlana Jurova da olub:

“Onlar səfərlərinin məqsədini sülhlə bağlayırlar. Amma bütün dünya ictimaiyyəti bilir ki, Qarabağ müharibəsini erməni separatçılar başlayıblar. Məgər onlara ermənilər tərəfindən Xocalı soyqırımında 106 qadın, 63 uşağın qətlə yetirildiyi məlum deyilmi? Qarabağ müharibəsi zamanı erməni separatçılar tərəfindən qətlə yetirilən insanlar arasında yalnız azərbaycanlılar deyil, Rusiya millətinin nümayəndələri də olub. Bu terrorçu əməlləri ilə ermənilər rus analarını da gözüyaşlı qoyublar. Jurovanın bu aksiyaya qoşulması Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ölkə kimi mövqeyi və rolu haqqında Azərbaycan ictimaiyyətində xoşagəlməz təsəvvür yarada bilər. Ona görə də mən onları bu qanunsuz səfərlərdən çəkinməyə çağırıram”.

Deputat Fərəc Quliyev də bu səfəri pisləyərək Milli Məclis adından Rusiya tərəfinə bununla bağlı müraciət qəbul edilməsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti