...

BMT ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib (FOTO)

Siyasət Materials 25 Oktyabr 2018 19:46 (UTC +04:00)
Elmar Məmmədyarov BMT Baş katibinin müavini Rəşid Xalikov ilə görüşüb.
BMT ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində BMT Baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya regionları ilə humanitar əməkdaşlıq üzrə müavini Rəşid Xalikov ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən R.Xalikov VI Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilatçılığına görə təşəkkürünü bildirib. Azərbaycanın bu gün donor ölkəsi qismində çıxış etdiyini vurğulayan BMT rəsmisi, ölkəmizin humanitar yardım sahəsində fəaliyyətini qiymətləndirib və bu xüsusda, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə, eləcə də İndoneziyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı Azərbaycan tərəfindən göstərilən yardımları qeyd edib.

Ölkəmizin BMT çərçivəsində həyata keçirilən humanitar layihələrdə fəal iştirak etdiyini bildirən nazir E.Məmmədyarov Azərbaycanın yardım alan ölkədən donor ölkəsinə çevirildiyini diqqətə çatdırıb. Bu xüsusda, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) fəaliyyəti və həyata keçirdiyi humanitar və inkişafa yardım proqramları haqqında qarşı tərəfə məlumat verilib.

Tərəflər, həmçinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi ilə Azərbaycan arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri üzrə fikir mübadiləsi həyata keçiibi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti