...

Mixail Qusman: İnformasiya istehlakçıları daha tələbkar olmalıdır

Siyasət Materials 26 Oktyabr 2018 14:50 (UTC +04:00)
İnformasiya istehlakçıları daha tələbkar olmalıdır
Mixail Qusman: İnformasiya istehlakçıları daha tələbkar olmalıdır

Bakı. Fikrət Doluxanov - Trend:

İnformasiya istehlakçıları daha tələbkar olmalıdır.

Trend-in məlumatına görə, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.

O qeyd edib ki, informasiya texnologiyalarının inkişafı və yayılması sosial şəbəkələrin populyarlığının artmasına gətirib çıxarır ki, bu da məsuliyyətsiz istifadə halında faciəyə səbəb ola bilər.

M.Qusmanın sözlərinə görə, sosial şəbəkələrin istifadəsini, eləcə də informasiya istehlakını qadağan etmək mümkün deyil: "Belə vəziyyətdə məsuliyyət informasiya istehlakçılarının üzərinə düşür ki, onlar da daha çox tələbkar olmalıdır".

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti