...

Rusiyalı jurnalist: Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi beynəlxalq və RF media məkanında aydın səslənir

Siyasət Materials 26 Oktyabr 2018 18:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi beynəlxalq və Rusiya media məkanında aydın səslənir.
Rusiyalı jurnalist: Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi beynəlxalq və RF media məkanında aydın səslənir

Bakı. Fikrət Doluxanov - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi beynəlxalq və Rusiya media məkanında aydın səslənir.

Trend-in məlumatına görə, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada rusiyalı jurnalist, hərbi ekspert İqor Korotçenko deyib.

Eyni zamanda, o qeyd edib ki, ölkənin birinci şəxsinin mövqeyi bütün informasiya spektrini doldura bilməz, çünki bu, dövlətin daha vacib, əsas problemlərini əhatə edir.

Ekspert vurğulayıb ki, informasiya və media məsələləri ilə məşğul olan strukturlar bu rolu üzərinə götürməlidir.

İ.Korotçenko xüsusilə qeyd edib ki, Azərbaycan saxta və yanlış informasiya ilə mübarizəyə daha çox diqqət ayırmalı və öz fikrini Rusiya ictimaiyyətinə daha fəal çatdırmalıdır.

Ekspert əlavə edib ki, bu baxımdan rusiyalı politoloq və media ekspertləri ilə əlaqə vacibdir.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti