Bakı. Trend:
ATƏT-in Minsk Qrupunun həmsədrləri noyabrın 1-də Azərbaycana səfər edəcəklər.
Trend-in "Nezavisimaya Qazeta"ya istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib: "Onlar dünən Yerevanda görüşlər keçiriblər, noyabrın 1-də Bakıya gələcəklər".
E.Məmmədyarov əlavə edib ki, 2018-ci ilin sonunadək erməni həmkarı ilə görüşmək niyyətindədir.