...

Əli Həsənov: Azərbaycan-İran sərhədinin nəzarətsiz zonasından narkotik vasitələr daşınır

Siyasət Materials 19 Noyabr 2018 11:03 (UTC +04:00)
Azərbaycanın İranla dövlət sərhədinin 132 km-lik hissəsi nəzarətsiz zonaya çevrilib ki, həmin ərazilərdən də Avropa və digər ölkələrə narkotik vasitələr daşınır.
Əli Həsənov: Azərbaycan-İran sərhədinin nəzarətsiz zonasından narkotik vasitələr daşınır

Bakı. Samir Əli - Trend:

Azərbaycanın İranla dövlət sərhədinin 132 km-lik hissəsi nəzarətsiz zonaya çevrilib ki, həmin ərazilərdən də Avropa və digər ölkələrə narkotik vasitələr daşınır.

Trend-in məlumatına görə, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov bu gün Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarda ermənilər tərəfindən narkotik bitkilər becərilir:

"Həmin ərazilərdə narkotiklərin istehsalı və tranziti, eləcə də terrorçu qrupların yaradılması və onlara təlimlər keçirilməsi təhlükənin miqyasını daha da artırır. Bu, beynəlxalq normaları pozur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti