...

Nazir: Azərbaycan Ermənistanı regionda həyata keçirilən bütün nəqliyyat layihələrindən kənarlaşdırıb

Siyasət Materials 23 Noyabr 2018 16:32 (UTC +04:00)
Azərbaycan Ermənistanı regionda həyata keçirilən bütün nəqliyyat layihələrindən kənarlaşdırıb.
Nazir: Azərbaycan Ermənistanı regionda həyata keçirilən bütün nəqliyyat layihələrindən kənarlaşdırıb

Bakı. Taleh Mursaqulov - Trend:

Azərbaycan Ermənistanı regionda həyata keçirilən bütün nəqliyyat layihələrindən kənarlaşdırıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın nəqliyyat-tranzit potesialına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycan ərazisindən bir sıra nəqliyyat dəhlizləri keçir:

"İlk növbədə, üç marşrutdan ibarət olan Şərq-Qərb dəhlizinə diqqət yetirmək lazımdır. Bu dəhliz Çində başlanır və Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Qazaxıstan, sonra Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçir, ikinci marşrut Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə, üçüncü isə Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilədir (Bu marşrut həmçinin Lyapis Lazulit) adlanır ".

Onun sözlərinə görə, ikinci nəqliyyat dəhlizi "Şimal-Cənub" nəqliyyat dəhlizidir. Dəhliz Şimali Avropada başlayır və Azərbaycan, İran, Fars körfəzi ölkələrindən keçir və Asiya ölkələrini əhatə edir:

"Göründüyü kimi, Azərbaycan Ermənistandan başqa bütün qonşu ölkələrlə bərabər əməkdaşlıq edir və bu, Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti