Bakı. Elçin Mehdiyev – Trend:
Milli Məclisin bu gün keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, "Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3 928,1 mln. manat həcmində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 mln. manat və ya 9,8% çoxdur.
"İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə əsasən isə, gələn il Fondun gəlirləri üzrə 8 3451,4 min manat məbləğində nəzərdə tutulub ki, bu da Fondun 2018-ci il üçün təsdiq edilmiş gəlirləri ilə müqayisədə 5 588,6 min manat və ya 6,3% azdır.
Büdcə yekun-üçüncü oxunuşda təsdiqlənib.