...

Davosda Azərbaycan Prezidentinin və Gürcüstan Baş nazirinin görüşü olub (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 22 Yanvar 2019 14:58 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin görüşü olub.
Davosda Azərbaycan Prezidentinin və Gürcüstan Baş nazirinin görüşü olub (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin görüşü olub.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Ölkələrimizin həyata keçirdiyi mühüm qlobal layihələrin əhəmiyyəti qeyd edildi, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti