...

Aİ Ermənistandan Mger Yegiazaryanın ölümü ilə bağlı işin müvafiq şəkildə araşdırılmasını gözləyir

Siyasət Materials 28 Yanvar 2019 19:15 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Ermənistandan “Erməni qartalları – vahid Ermənistan” ictimai təşkilatının sdər müavini, “Haynews.am” xəbər saytının məsul şəxsi Mger Yegiazaryanın ölümü ilə bağlı işin müvafiq şəkildə araşdırılmasını gözləyir
Aİ Ermənistandan Mger Yegiazaryanın ölümü ilə bağlı işin müvafiq şəkildə araşdırılmasını gözləyir

Bakı. Ləman Zeynalova - Trend:

Avropa İttifaqı (Aİ) Ermənistandan “Erməni qartalları – vahid Ermənistan” ictimai təşkilatının sədr müavini, “Haynews.am” xəbər saytının məsul şəxsi Mger Yegiazaryanın ölümü ilə bağlı işin müvafiq şəkildə araşdırılmasını gözləyir.

Trend-in məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarının mətbuat katibi Maya Kosyançiç deyib.

Onun sözlərinə görə, Ermənistanın istintaq idarəsi M.Yegiazaryanın ötən həftənin sonu aclıq aksiyasından sonra öldüyünü təsdiq edib:

“Ümumiyyətlə, Aİ bütün növ işgəncə formalarının və sərt davranışların qadağan olunmasının tərəfdarıdır və istənilən şəraitdə insan ləyaqətinin müdafiəsinə sadiqdir və bu kontekstdə biz gözləyirik ki, Ermənistan hökuməti bu işin müvafiq araşdırmasını təmin edəcək və araşdırmadan sonra zəruri tədbirlər görəcək. İş barəsində məlumatımız var və gözləyirik ki, Ermənistan rəhbərliyi fəaliyyət göstərəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti