Vüqar Səfərli: Məqsəd hansısa qəzetlərin bağlanması yox, onların fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasıdır

Vüqar Səfərli: Məqsəd hansısa qəzetlərin bağlanması yox, onların fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yanvarın 31-də keçirilmiş iclasında Fondun 2019-cu ilin II rübü üçün KİV-lərə maliyyə yardımı müsabiqəsinin elanında qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə dəyişikliklərin edilməsi bəzi media qurumlarında və sosial şəbəkələrdə reallığı əks etdirməyən yanlış mülahizələrə səbəb olub.

Fondun icraçı direktoru Vüqar Səfərli Müşahidə Şurasının son iclasında qəbul olunmuş qərarla bağlı Trend-ə geniş açıqlama verib. Bu dəyişikliklərin yeni dövrün obyektiv tələbindən irəli gəldiyini vurğulayan icraçı direktor bildirib ki, Fondun fəaliyyətdə olduğu 10 il müddətində Müşahidə Şurası qəzetlərə maliyyə yardımının ayrılması ilə bağlı şərt və meyarlara dövrün tələbindən irəli gələn dəyişikliklər edib:

"Fond yeni yaranarkən KİV-lərə maliyyə yardımının ayrılması üçün müəyyənləşdirilmiş başlıca şərtlərdən biri də qəzetlərin gündəlik tirajının minimum 1500, gündəlik satış və abunəsinin cəminin isə minimum 500 olması idi. Sonrakı mərhələdə qəzetlərin daha da inkişaf etdirilməsi zərurəti ilə bağlı bu şərtlərə yenidən baxıldı. 2011-ci ildə gündəlik satış və tiraj müvafiq olaraq 750 və 2000, 2014-cü ildən etibarən isə yayım 1000, tiraj 2500 müəyyən edildi. Göründüyü kimi, son 5 ildə - 2014-cü ildən Fondun Müşahidə Şurası KİV-lərə maliyyə yardımı müsabiqəsinin şərtlərində tiraj və yayımla bağlı heç bir dəyişiklik etməyib. Lakin internet mediasının sürətlə inkişaf etdiyi hazırkı mərhələdə Fondun maliyyə yardımı ayırdığı qəzetlərin istər məzmun və forma, istərsə də keyfiyyət baxımından müasir tələblərə cavab verməsi üçün şərtlərə yenidən baxılması zərurəti yaranmışdı".

İcraçı direktor Fondun Müşahidə Şurasının son iclasında müsabiqə şərtlərinə edilmiş dəyişikliklər barədə də ətraflı məlumat verib: "Fondun Müşahidə Şurasının son iclasında qəbul olunmuş qərara əsasən, 2019-cu ilin II rübündə Fondun KİV-lərə maliyyə yardımı müsabiqəsində yalnız son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Eyni zamanda, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün minimum tirajın 3000, minimum satış və abunənin 1500 nüsxə olması nəzərdə tutulur".

V.Səfərli bildirib ki, Fond maliyyə yardımı ayırdığı qəzetlərin rəhbərlərinə hələ 2018-ci ilin ortalarında yeni ildən tiraj və yayımın minimum həddi ilə bağlı şərtlərə yenidən baxılacağı xəbərdarlığını edib: "Məqsəd hansısa qəzetin bağlanması yox, internet media resurslarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə rəqabətə davamlı, ictimai-siyasi proseslərə, ictimai rəyə təsir imkanları olan çap mediasının formalaşdırılmasıdır. Əlbəttə, 2019-cu ilin II rübündə hansı qəzetlərin Fonddan maliyyə yardımı alacağı müsabiqənin yekununda - mart ayının sonlarında bəlli olacaq. Bunun üçün həmin qəzetlərin müsabiqə edilən gündən sonrakı iki ayda, yəni fevral-mart aylarında müəyyənləşdirilmiş yeni şərtlər çərçivəsində nəşri tələb kimi qoyulub. Əlbəttə, istisna olunmur ki, bu şərtlərə əməl etmək imkanında olmayan aztirajlı və yayımı məhdud qəzetlər maliyyə yardımından kənarda qala bilərlər".

Fondun icraçı direktoru qeyd edib ki, 2019-cu ilin II rübündə tirajı və yayımı müəyyənləşdirilmiş tələblərə cavab verməyən qəzetlərin maliyyələşdirilməsinin dayandırılması obyektiv reallıqdan irəli gələn qaçılmaz qərar olacaq: "Müəyyən edilmiş şərtlərə cavab verməyən qəzetlərin maliyyələşdirilməsinin dayandırılması onların fəaliyyətinin effektsizliyi ilə bağlı ola bilər. Biz istəyirik ki, qəzetlərin yaradıcılıq məhsulları daha rahat və asan formada öz oxucularını tapsın. Əgər jurnalistlərin yazdığı yazılar oxucuya çatmırsa, makulaturaya pul xərcləməyin heç bir mənası yoxdur. Əlbəttə, biz maliyyələşdirilməsi dayandırılan aztirajlı KİV-lərin yaradıcı və texniki heyətinin işsiz qalmasının və ixtisara düşməsinin qarşısını almaq məqsədilə həmin KİV-lərin elektron versiyasına dəstək verəcək, onların oxunaqlı internet qəzetinə çevrilməsinə çalışacağıq".

İcraçı direktor onu da bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əlyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na əsasən, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun və obyektiv şəkildə çatdırılması üçün Fondun əcnəbi dillərdə nəşr olunan media qurumlarına da maliyyə yardımı göstərməsi nəzərdə tutulub: "Fondun başlıca məqsədlərindən biri də ondan ibarətdir ki, Azərbaycanın həm daxildə, həm də xaricdə təbliğatının gücləndirilməsi, yaşanan proseslərin daha dolğun formada dünya ictimaiyyətinə çatdırılması məqsədilə internet qəzetlərin xarici dillərdə elektron variantının yaradılmasına və yayımına dəstək verək. Bir sözlə, Fond hansısa qəzetlərin bağlanması və onlarda çalışan yaradıcı-texniki heyətin ixtisara salınmasına deyil, əksinə, onların fəaliyyətinin müasir informasiya texnologiyalarına və virtual informasiya məkanına uyğunlaşdırılmasına, fəaliyyətlərinin daha dolğun və səmərəli olmasına çalışır. Bu, 2019-cu ildə Azərbaycanda möhtərəm Prezidentimizin həyata keçirdiyi idarəçilik sisteminin təkmilləşdirilməsi, dövlət idarəçiliyinin effektivliyinin, dinamikliyinin və mobilliyinin artırılması kursuna tam uyğundur. Düşünürük ki, Fondun elan etdiyi yeni şərtlər çap mediasının inkişafında da yeni mərhələnin başlanğıcı olacaqdır".

Vüqar Səfərli sonda onu da bildirib ki, hazırda Fondun qəzetlərə ayırdığı maliyyə yardımının böyük bir hissəsi onların qəzet kağızı, mətbəə xərcləri, daşıma və yayım xərclərinə sərf olunur: "Odur ki, aztirajlı və çox məsrəfli qəzetlərin internet versiyasının inkişaf etdirilməsinə dəstəyin verilməsi daha səmərəli nəticələr verəcəkdir".

Venesuelada ilin əvvəlindən inflyasiya 500 faizi ötüb
Venesuelada ilin əvvəlindən inflyasiya 500 faizi ötüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 168 mindən çox artıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 168 mindən çox artıb
Türkiyə və Rusiya Baş Qərargah rəisləri arasında telefon danışığı olub
Türkiyə və Rusiya Baş Qərargah rəisləri arasında telefon danışığı olub
Loading Bars
Xəbər lenti
Sumqayıtda 250 ədəd patron aşkar olunub (FOTO)
Futbol üzrə Türkiyə Kubokunun final matçının keçiriləcəyi vaxt məlum oldu
Venesuelada ilin əvvəlindən inflyasiya 500 faizi ötüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 168 mindən çox artıb
Türkiyə və Rusiya Baş Qərargah rəisləri arasında telefon danışığı olub
Şamaxıda çətin şəraitdə yaşayan altı ailə yeni mənzillərlə təmin olunub (FOTO)
AZAL Dubaydan çarter reysi yerinə yetirib (FOTO)
Tehran metrosunda iki qatar toqquşub
Şamaxıda qanvermə aksiyası keçirilib (FOTO)
ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyon nəfəri ötüb
Xaçmazda birmərtəbəli ev yanıb, xəsarət alan var
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
"Şahdağ" Milli Parkının ərazisində yanğın olub
Türkiyədə koronavirusdan sağalanların sayı 190 minə yaxınlaşır
Almaniyada tullantıdan alınan enerji ilə işləyən avtobuslar işə düşüb
Ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib
COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib (VİDEO)
AGF ilə səhər gimnastikası (VİDEO)
15 yaşında itirdiyi pul qabını 73 yaşında tapdı
Ramin Məmmədov: Azərbaycan artıq dünyada qlobal problemlərin həllinə töhfə verməyə qadir dövlət kimi qəbul olunur
Tramp: ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq
"Google" "Android" üçün iki yenilənmə buraxıb
190 manat məbləğində birdəfəlik ödəmənin verildiyi ərazilərin sayı artırıldı
Baş Prokurorluq qətlə yetirilən azyaşlı Nərminlə bağlı məlumatlara münasibət bildirib
Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verib (FOTO)
Goranboy və Göygöl rayonlarında da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq
Təlimlərə cəlb olunan qoşunlar daimi dislokasiya məntəqələrinə qaytarılır (FOTO)
Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu, 465 nəfər sağaldı, 9 nəfər öldü
Sabirabadda 2 nəfərin ölümünə səbəb olan sürücü tutuldu
İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının onlayn iclası keçirilib (FOTO)
Avstriyada daş uçqunu olub - 2 ölü
Dövlət qulluğuna qəbul üzrə təxirə salınmış müsahibələrin keçirilmə qrafiki müəyyənləşib
İraqda son sutka ərzində koronavirusa rekord sayda yoluxma qeydə alınıb
Nazirlik bu şəxslərə SMS bildirişlər göndərir
AzTV-nin koronavirusa yoluxmuş aparıcısı sağaldı
Bakıda “Mercedes” yanıb
Avropa Komissiyası COVID-19 üçün dərmanların tədarükü barədə iri əczaçılıq şirkətləri ilə razılığa gəlib
Yasamal bələdiyyəsinin vəzifəli əməkdaşı rüşvət alarkən saxlanıldı
Yarım ildə Gömrük Komitəsi büdcəyə 2 milyard manat köçürüb
Hikmət Babaoğlu: Prezidentin fikirləri Ermənistana xəbərdarlıq olmaqla ATƏT-in Minsk Qrupuna da öz vəzifələrini yerinə yetirmələri üçün bir çağırışdır
AZAL və “Belavia” Bakı-Minsk marşrutu üzrə kod-şerinq reyslərini həyata keçirəcək
Elektron Kredit Portalı güzəştli kreditlər almaq imkanını asanlaşdırır
İyulun 9-da dolların manata qarşı məzənnəsi
Bakıda polisə hücum etdiyi deyilən şəxslər aşkarlandı (VİDEO)
Fındıqçılıq sahəsində məhsuldarlığın artırılması müzakirə edilib
Nəqliyyat-ekspedisiya fəaliyyəti ilə bağlı qanun layihəsi hazırlanıb
Qubada yol qəzasına düşən həkim briqadasının 5 nəfəri evə buraxılıb
Lütfi Qədirovun ifşa edilməsi barədə videogörüntü yayıldı
Kreditlər dövlətin sahibkara ən böyük dəstəyidir
Dr.Mirmənsim Məmmədov: Hər bir pasiyentimiz bizim üçün doğmadır və biz bütün pasiyentlərimizə eyni diqqət və qayğı ilə yanaşırıq (FOTO)
Beynəlxalq təşkilatlar tərəfindən AQTA-nın təklifi uğurlu layihə olaraq qəbul olundu
Azərbaycanda Həcc ziyarəti ilə bağlı ödənişlərin yarısı artıq qaytarılıb
Rumıniyada koronavirusa rekord sayda gündəlik yoluxma qeydə alınıb
Oğuzda KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb (FOTO)
Xəbərdarlıq: Temperatur enəcək, güclü külək əsəcək
Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin icrası haqqında sərəncam imzalayıb
Bu il əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 324 min e-arayış verilib
AzMİU-da buraxılış işlərinin müdafiəsi müvəffəqiyyətlə başa çatıb (FOTO)
Ağsuda yas mərasimi keçirən 18 nəfər cərimələnib (FOTO)
"Mİlli Şura"nın qeybətxana şousu davam edir (VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşır
ABŞ-da atışma olub - Yaralılar var
Hərbi prokurorluqda kadr təyinatları olub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Global Game Jam Next” tədbirini keçirəcək
Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər - RƏSMİ
Oduncaq tədarükünə başlanılıb
Çəyirtkələrin miqrasiyasının qarşısı alınır
Azərbaycanla Ukrayna arasında iqtisadi məsələlər müzakirə olunub (FOTO)
Turizm şirkətlərinin pandemiya dövründə fəaliyyətini tənzimləyəcək xidmət proseduru hazırlanıb
"Azərsu"ASC-nin idarə rəisi koronavirusdan öldü
UNEC-ə qəbul olan abituriyentlər 4 ilə iki diplom əldə edə biləcəklər
“Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatdı (FOTO)
“e-Tabib”lə yoluxmanın qarşısını al: Tətbiqdən istifadə edən Bakcell abunəçilərinə hədiyyə
Qusara istirahətə gedənlər məsuliyyətə cəlb edildi (FOTO)
İbadulla Ağayev: Baş epidemioloq vəzifəsindən azad olmağımda haqqımda söylənilən mənfi fikirlər rol oynamayıb
Səhiyyə Nazirliyi COVİD-19-a yoluxmuş vətəndaşların evdə müalicə prosesini bəyan etdi
BNA son günlər yayılan tender xəbərlərinə aydınlıq gətirdi
Ukraynada meşə yanğınlarında 3 nəfər ölüb
AQTA: “Qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə sərt tədbirlər görüləcək” (FOTO)
Respublika Hərbi Prokurorluğuna 3 şöbə müdiri təyin edildi
Aleksandr Şarosvki: Yəhudilərin xoşbəxtliyidir ki, Azərbaycanda ən çətin sınaqlara baxmayaraq özlərinə ev tapdılar, burada xoşbəxt yaşayırlar və yaşayacaqlar
“İçərişəhər”də yeni muzey yaradılacaq - RƏSMİ
Qəbələdə dağlıq ərazidə başlayan yanğının söndürülməsinə helikopterlər cəlb edilib
"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb
Dövlət İmtahan Mərkəzi Azərbaycanda ESOL beynəlxalq ingilis dili imtahanlarını keçirəcək
Ağdaşda tibbi maskadan istifadə etməyənlər cərimələnib (FOTO)
Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri həbs edildi
Rusiyada 42 dərəcə isti qeydə alınıb
Sabah 39 dərəcə isti olacaq
Şəmkirdə kafe və restoranlara qarşı reyd: 33 nəfər cərimələndi, 1nəfər həbs edildi (FOTO/VİDEO)
Çində torpaq sürüşməsi olub - Dağıntılar altında qalanlar var
Cavid Osmanov: Özünü müxalifət adlandıran antimilli şura ermənilərin əlində alətə çevrilib
Mingəçevir Dövlət Universitetində magistrlik dissertasiyalarının müdafiəsi uğurla başa çatıb (FOTO)
AzTv: Koronavirusa yoluxan Rövşən Binnətlinin vəziyyəti stabildir
Azərbaycan nefti bahalaşıb
Pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım olub
231 ictimai iaşə müəssisəsi və mağazada reyd keçirilib (FOTO)
Qətldə təqsirləndirilən Azərbaycan çempionunun həbs müddəti uzadıldı
Bitki yağının kərə yağı adı altında satılmasının qarşısı alınıb (FOTO)
Bakı Metropolitenində pandemiya dövründə sərnişin sayı kəskin azalıb (ÖZƏL)
Bütün xəbərlər