...

Əli Əhmədov: 10-15 adamı ətrafına yığıb polislə toqquşmaya girmək, gərginlik yaratmaq xalqa xəyanətdən başqa bir şey deyil

Siyasət Materials 25 Fevral 2019 16:55 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri bir ildən azdır ki, keçirilib. İddiası olan prezident seçkilərində iştirak edərdi. Növbəti seçki 2025-ci ildə olacaq.
Əli Əhmədov: 10-15 adamı ətrafına yığıb polislə toqquşmaya girmək, gərginlik yaratmaq xalqa xəyanətdən başqa bir şey deyil

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda prezident seçkiləri bir ildən azdır ki, keçirilib. İddiası olan prezident seçkilərində iştirak edərdi. Növbəti seçki 2025-ci ildə olacaq.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, normal cəmiyyətdə, dövlətinin qədrini bilənlərin olduğu cəmiyyətdə insanlar heç zaman aranı qarışdırmağa, öz şəxsi ambisiyalarını həyata keçirmək üçün xaricdən sifariş alan qüvvələrə dəstək verməyə razı olmaz:

"Yoxsa 10-15 adamı ətrafına yığıb polislə toqquşmaya girmək, gərginlik yaratmaq, qrant almaq, ehtiyacı olan insanlar arasında bölüb onları şirnikləndirmək xalqa xəyanətdən başqa bir şey deyil. Heç vaxt heç kimə kənardan səbəbsiz yerə pul verilmir. Əgər pul verilirsə, onun əvəzinə nə isə istəyirlər. İstədikkəri də odur ki, Azərbaycanda hakimiyyət zəifləsin, yaxud onların yaxınları hakimiyyətə gəlsin və Azərbaycanın neftini, sərvətini aparsınlar. Azərbaycan xalqı isə ac, səfalət içində yaşasın".

Baş nazirin müavini bildirib ki, Azərbaycan Prezidenti kifayət qədər uğurlu siyasət həyata keçirir: "Azərbaycan dövləti bu gün vətəndaşları üçün edə biləcəyi hər şeyi edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti