...

Qazaxıstanın Atırau vilayətində Xocalı soyqırımı qurbanlarının anım mərasimi təşkil olunub (FOTO)

Siyasət Materials 27 Fevral 2019 15:35 (UTC +04:00)
Fevralın 26-da Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun konsul dairəsinə daxil olan Atırau vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə anım mərasimi təşkil olunub.
Qazaxıstanın Atırau vilayətində Xocalı soyqırımı qurbanlarının anım mərasimi təşkil olunub (FOTO)

Bakı. Trend:

Fevralın 26-da Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun konsul dairəsinə daxil olan Atırau vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə anım mərasimi təşkil olunub.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyəti tərəfindən Qazaxıstan xalqları Milli Assambleriyasının Atırau şəhərindəki “Dostluq evində təşkil olunan tədbirdə diaspora üzvləri və azərbaycanlı tələbələrl’ yanaşı, digər xalqların nümayəndələri də iştirak edib. Tədbir keçirilən zalda Xocalı soyqırımını əks etdirən foto-sərgi təşkil olunub.

Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra azərbaycanlı tələbələr tərəfindən Xocalı soyqırımı haqqında məlumat verilib, Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət” sənədli filmi nümayiş etdirilib.

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, ermənilərin Xocalı şəhərində törətdiyi soyqırım haqqında məlumat verib. O, ermənilər tərəfindən törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasında son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kompaniyasından danışıb.

E.Zeynalov, Xocalıya həsr edilən “Fevral ildırımı” adlı video klip haqqında danışaraq, Qardaş Qazaxıstan ictimaiyyətinin Azərbaycan tarixinin faciəli səhifələrinə biganə qalmamasını yüksək qiymətləndirib. Bunun nümunəsi olaraq Qazaxıstanda xalq layihəsi əsasında "Fevral ildırımı" mahnısı yaradıldığını və bu layihənin həyata keçirilməsinin məqsədinin dünya ictimaiyyətinə Xocalıya ədalət çağırışı etmək olduğunu qeyd edib.

Klipin nümayişindən sonra, Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyətinin sədri Eldar Əhmədov çıxış edərək, Xocalı faciəsinin insanlığa qarşı törədilmiş və misli görünməmiş bir faciə olduğunu, bu cinayəti törədənlərin tezliklə layiqlə cəza alacaqlarını və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əminliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti