...

Siyavuş Novruzov: Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət yetirilmir

Siyasət Materials 5 Mart 2019 12:58 (UTC +04:00)
Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atıldı, bu istiqamətdə mövcud problemlər aradan qaldırıldı.
Siyavuş Novruzov: Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət yetirilmir

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atıldı, bu istiqamətdə mövcud problemlər aradan qaldırıldı. Nə postsovet, nə də Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət yetirilmir. Ölkə başçısı tərəfindən həyata keçirilən işlər ombudsmanın fəaliyyətini də yüngülləşdirmiş olur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

İnsan hüquqlarının qorunması ilə bağlı Azərbaycanda mühüm işlərin görüldüyünü deyən deputat söyləyib ki, Azərbaycan Prezidentinin hüquqları qanunla qorunur: “Lakin bu gün qanuna əməl etməyən, ölkədən kənarda fəaliyyət göstərən bir qrup insanlar var ki, onlar nə ictimaiyyətin fikirlərinə, nə də qanunlara baxır. Həmin şəxslərin fəaliyyətləri silahlı basqına, müxtəlif çağırışlara yönəlib. Ombudsman həmin şəxslərin fəaliyyət göstərdikləri ölkələrin ombudsmanlarına müraciət etməlidir. Cənab Prezidentin hüquqları qanunla qorunduğu kimi, ombudsman tərəfindən də bu məsələyə diqqət edilməldir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti