Bakı. Mətanət Nəsibova - Trend:
Ermənistanda korrupsiyanın tüğyan etməsi hamıya məlum olan faktdır və ölkədə sosial-iqtisadi vəziyyətin son dərəcə cansıxıcı olmasının əsas səbəblərindən biridir.
Bunu Trend-ə açıqlamasında müstəqil iqtisadçı Sergey Volodin deyib.
Ekspertin sözlərinə görə, nə qədər ki Ermənistan hökumətində Akop Arşakyan kimi məmurlar var, ölkə onilliklər boyunca elə əvvəlki kimi acınacaqlı vəziyyətdə olacaq:
"Hələ Sarkisyan rejimi dönəmində korrupsiya Ermənistanda sosial-iqtisadi həyatın ayrılmaz hissəsinə çevrilmişdi, lakin yeni hakimiyyətin gəlməsi ilə də faktiki olaraq heç nə dəyişmədi. Buna görə də baş korrupsionerlərin dövləti idarə etdiyi ölkədə hansısa tərəqqidən, firavanlıqdan danışmaq mənasızdır. Belə çıxır ki, baş nazir Paşinyanı indiki vəziyyət tam qane edir, çünki ətrafına korrupsiyaya qurşanmış məmurları yığıb. Buna görə də Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyanın KİV-in böyük narahatlığına səbəb olan iri investisiya layihəsinə veto qoymasına icazə verilməsi təəccüblü deyil".
KİV: "Ermənistan hökuməti ölkəyə investisiya axınına mane olur, elə buna görə də Azərbaycandan xeyli geridəyik"
"Erməni KİV-in də qeyd etdiyi bu fakt göstərir ki, cəmiyyət indiki hakimiyyətin dövründə Ermənistanın sosial-iqtisadi böhrandan çıxmasının çətin olacağı qənaətindədir".
Onun fikrincə, bu gedişlə Paşinyan və ətrafı tezliklə Ermənistan iqtisadiyyatını tamamilə çıxılmaz vəziyyətə salacaq.
Qeyd edək ki, Rusiyada yaşayan erməni sahibkar Artur Yerznkyan Ermənistanda telekommunikasiya və rabitə sahəsinə 200 milyon dollar investisiya yatırmağı planlaşdırıb. Lakin Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyan layihənin reallaşdırılmasına veto qoyub.